Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən maarifləndirmə və profilaktik işlər davam etdirilir. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar aşkar olunub. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb. Məlumatı mia.gov.az paylaşıb.
Həmin obyekt sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən paytaxtla yanaşı, bölgələrdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatların satışının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq davam etdirilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































