Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Rövşən Fətullayev saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb. R.Fətullayev silahı satmaq niyyəti ilə özündə saxladığını bildirib. Məlumatı mia.gov.az yayıb.
İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan 1998-ci il təvəllüdlü Qadir Hüseynov, 1967-ci il təvəllüdlü Nazim Əbilov və 1979-cü il təvəlüldlü Asif Yaqubəliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































