Kərkiyə Kərki dedim, çünki... - Paşinyan
18 Sentyabr 16:01
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Yeni Günəşli qəsəbəsində avtomobil 2007-ci il təvəllüdlü Həsənzadə Mirsadıq İlham oğlunun idarə etdiyi motosikletlə toqquşub.
Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardım köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az