Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər.
Polşa vətəndaşının Rusiya tərəfi ilə əlaqə qurduğu və Rusiya hərbi kəşfiyyatına kömək etməyə hazır olduğunu bildirdiyi dəqiqləşdirilib. Ona Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatların toplanması və ötürülməsi, habelə Zelenskinin Polşaya səfəri zamanı ona sui-qəsd cəhdinin hazırlanmasında Moskva xüsusi xidmət orqanlarına yardım etmək tapşırılıb.
Ukrayna prokurorları bu barədə aldıqları kəşfiyyat məlumatlarını Varşavadakı həmkarlarına ötürüblər. Nəticədə polyak müəyyən edilərək saxlanılıb. O, xarici kəşfiyyat xidmətinin xeyrinə hərəkət etməyə hazır olmaqda ittiham olunub. Hazırda təqsirləndirilən şəxs müvəqqəti həbs edilib. İstintaq davam edir.
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































