Azərbaycanın rayonlarından birində anası övladını başqa kişiyə verərək tərk edib.
Musavat.com xəbər verir ki, bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Facebook hesabında paylaşıb edib.
M.Zeynalova yazıb:
“Sığınacağa yerləşdirilən Zəhranın (ad şərtidir) dedikləri... Ana və atası boşandıqdan sonra rayonda anası ilə həyatını davam etdirib. Bir müddət anası ilə yaşadıqdan sonra anası onu tanıdığı bir şəxsə (40-50 yaş) kişiyə təhvil verib və onunla nə edirsən et deyərək razılaşıb. Zəhra 1 ay onun yanında qaldıqdan sonra kişi ona bədənini sat pulu birgə bölərik deyib. Bu sözləri eşidən Zəhra qollarını gördüyünüz vəziyyətə salıb və Bakıya qaçıb. Bakıda isə onun həyatını xilas edən Abşeron Rayon Polis İdarəsinin əməkdaşları olub. Onu dərhal sığınacağa gətiriblər. Azyaşlı qızımızın dedikləri yaşadıqları həqiqətən dözülməzdir. Tezliklə ona bunu yaşadanların cəzalanacağını ümid edirik. Hazırda qızımız yanımızdadır və psixoloji yardım alır”.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































