Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, “Realmedia.az" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.
Fakt əsasında Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsinə müvafiq olaraq hər iki şəxs barəsində polis idarəsində cinayət işi qaldırılaraq həbs edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, onlar ayrı-ayrı şəxslərə və şirkətlərlə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlməsi, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə ittiham edilirlər.
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































