Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb.
Oxu.az xəbər verir ki, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb.
61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünün bəyənmədiyi pis davranışı olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadını saxlayıblar.
Qeyd edək ki, onun bu hadisəyə qədər heç bir cinayəti olmayıb. Bundan başqa, vətəndaş sosial şəbəkələrdə şübhə yarada biləcək heç bir şey dərc etməyib. Qadın damarları gücləndirən xalq üsullarını, sağlam onurğanın sirlərini abunəçiləri ilə bölüşüb, 100 yaşına qədər necə yaşamaq lazım olduğunu göstərən videolar yayımlayıb.
Onun barəsində azyaşlı uşağın öldürülməsi maddəsi ilə cinayət işi açılıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































