İsveçdə çalışdığı hava yolu şirkətindən hicabına görə qovulan qadına "ayrı-seçkiliyə məruz qaldığı" əsası ilə 14 min dollar təzminat ödəniləcək.
Publika.az xəbər verir ki, İsveç Ayrı-seçkilik Ombudsmanı Lars Arrhenius bu barədə yazılı açıqlama verib: "Dini simvollara icazə verməyən və vahid geyim siyasəti həyata keçirən bir hava yolu şirkəti, iş müraciətini qəbul etməsinə baxmayaraq, hicablı qadını işdən çıxararaq ayrı-seçkiliyə səbəb oldu".
Arrhenius qadının məruz qaldığı ayrı-seçkiliyə və pozuntuya görə haqlı olduğunu ifadə edib. O, oxşar hadisələrin qarşısını almaq üçün şirkətin qadına təxminən 14 min dollar təzminat ödəməsinə qərar verildiyini bildirib.
Qeyd edək ki, sözügedən qadın 2023-cü ildə ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək Ayrı-seçkilik Ombudsmanına şikayət edibş
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































