Çərşənbə günü 220 nəfərlik miqrant qrupu Polşa sərhədini pozmağa cəhd edib, ölkənin sərhəd mühafizə xidməti bildirib.
"Patrullar 220-dən çox əcnəbinin sərhədi qanunsuz keçmə cəhdini dəf ediblər", - departamentin X (keçmiş Twitter) mesajında deyilir.
Polşa sərhədçilərinin bildirdiyinə görə, miqrantlardan bəziləri nərdivanlar daşıyırmış. Qanunsuz köçkünlər hadisə yerinə gələn sərhədçilərə daş və dəyənək atıblar. Sərhədçilər bəzilərindən kustar üsulla hazırlanmış silahları - mismar vurulmuş kürək tutacaqlarını müsadirə ediblər. Gücləndirici qüvvələr sərhədə çatdıqdan sonra miqrantlar Belarus ərazisinə daha dərindən çəkiliblər.
Aprelin əvvəlindən bəri qanunsuz miqrantlar təxminən 2 min dəfə Polşa ərazisinə daxil olmağa cəhd ediblər. Mart ayında 3,4 min belə cəhd qeydə alınıb ki, bu da fevral və yanvar ayları ilə müqayisədə xeyli çoxdur.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































