Abşeron rayonunda yeni tikilməkdə olan 11 evdən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Nübar qəsəbəsi ərazisində bir evdən 600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Əliqardaş Alxasov müəyyən olunaraq saxlanılıb.
Onun müxtəlif vaxtlarda Hökməli qəsəbəsi ərazisində daha 10 evdən ümumilikdə 16500 manat dəyərində kombi aparatı, inşaat materialları, təmir alətləri və məişət əşyaları oğurlaması da müəyyən olunub.
Ə.Alxasov əsasən yeni tikilməkdə olan və təmir edilən mənzillərdən oğurluq edib.
Araşdırma aparılır.
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































