Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı mağazalardakı qidaların keyfiyyətsizliyindən və alıcıların aldadılmasından danışıblar.
Yenisabah.az xəbər verir ki, ekspertlər hətta marketlərdə satılan çörəyin də sağlamlıq üçün təhlükəli olduğunu qeyd ediblər.
Elçin Bayramlı zavod çörəyinin konsaregenlərlə dolu olduğunu iddia edib:
“Emal sənayesində elə bir qida yoxdur ki, tam sağlam olsun. Mən sizi əmin edirəm ki, bu, belədir. Təbii qida təbiətdən gələn, heç bir kimyəvi maddə qatılmayan, rafinə edilməyən qidalardır. Bu gün insanlar qida qəbul etmir qidanın imitasiyasını qəbul edir. Adi xamanı götürüb üstündə yazılanları oxusanız görəcəksiniz: quru süd, süd yağı əvəzləyicisi, digər kimyəvi maddələr. Xamanın içində süd yoxdur, bunu açıq-aşkar özləri yazırlar.
Çörək də təbii deyil. Yalnız təndirxanalarda, birinci növ undan bişirilən çörəklər təbiidir. Zavodlarda müddət uzadıcı, ağardıcı dərmanlar vurulan çörəklər birbaşa konsaragendir. Bu, birbaşa ölümcül məhsuldur. Zavodlarda bişirilən çörəklərə sürətli mayalandırıcı vurulur. Normal vəziyyətdə 30 dəqiqəyə mayalanan xəmir bu sayədə 5 dəqiqəyə mayalanır, çünki zavod dayanmadan istehsal etməlidir. Bu maddə isə birbaşa konsaragendir. Və ya unun keyfiyyətsizliyini gizlətmək üçün çörəyə ağardıcı dərmanlar vurulur. Bu zaman çörək artıq təbii qida sayılmır”.
Eyyub Hüseynov bir müddət əvvəl Azad İstehlakçılar Birliyinə gətirilən “təbii bal”ın tərkibini yoxladıqlarını və tərkibindən baldan əsər-əlamət olmadığını açıqlayıb:
“Keçən həftə Azad İstehlakçılar Birliyinə “təbii bal” gətiriblər. Saxla bal istehsalçısı üstünə “natural” yazıb, arı şəkli vurub. Tədqiqat apardıq, məlum oldu ki, “paraşok”dur (toz). Məlum oldu ki, tərkibində baldan əsər yoxdur, hamısı tozlardan hazırlanıb. Qida Təhlükəsizliyi Agentliyi ilə məsələ qaldırdıq və həmin məhsulun satışı tamamilə dayandırıldı, mallar müsadirə olundu. Qida sahəsində bu cür anormal hallar var”.
Azərbaycanpolisi.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































