Arağın tərkibinə dərman qatırlar ki...

Arağın tərkibinə dərman qatırlar ki...

"Təəssüf ki, hələ də alkoqolizmi çox zəif və əhıəmiyyətsiz xəstəlik hesab edirlər. Halbuki, alkoqolizm narkoloji xəstəliklərin ən ağır formasıdır. Çünki alkoqol orqanizmə düşdüyü andan hüceyrələrə öldürücü təsir etməyə başlayır".

Bunu virtualaz.org saytına özəl açıqlamasında Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov deyib. Şöbə müdirinin sözlərinə görə, son vaxtlar qanunsuz qazanc məqsədilə etil spirtindən deyil, məişətdə istifadə edilən cihazların təmizlənməsi üçün nəzərdə tutulmuş texniki spirtdən (metanoldan) araq hazırlayırlar. "Bu içkilərin tərkibinə müxtəlif dərman vasitələri qatırlar ki, reaksiya verməsin. Həmin içki etil spirtindən hazırlanmış araqdan kəskin dərəcədə fərqli olur. İnsanın sinir sisteminə daha öldürücü təsir göstərir. Rusiyada araqdan ölüm halları da buna görə baş vermişdi", - P.Məmmədov söyləyib.

Həkim ucuz spirtli içkilərdən uzaq durmağı tövsiyə edib. P.Məmmədov deyir ki, Rusiyadan fərqli olaraq, Azərbaycanda xəstələr arasında odekolon içən, yemişan dəmləməsindən istifadə edənlərlə qarşılaşmayıb. Amma ürək xəstəliklərinin müalicəsində istifadə edilən "Korvalol" damcısından asılı vəziyyətə düşənlər var. "Ürək damcısının tərkibində narkotik tərkibli maddələr var. Bu da asılılıq yaradır", - şöbə müdiri deyib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az