Bakıda 100 min manata tutuquşu satılır

Bakıda 100 min manata tutuquşu satılır

Bakıda 100 min manata danışan tutuquşu satılır.

Xəzər TV-nin məlumatına görə, onu bu qədər bahalı edən nitq qabiliyyətinin olmasıdır.

"Qu-Qu" adlı tutuquşu 30-35 söz bilir.

Quşun sahibi Ramil Qədimov 6 yaşlı tutuquşunu 4 il əvvəl başqa birindən alıb. Danışmağı sevən quş çox vaxt evdə tək qalır. Bərbər işləyən R. Qədimov bunun quşun sağlamlığına və nitqinə pis təsir etdiyini deyir. Məhz bu səbəbdən də onu satmaq istəyir. Saytlara elan verən Ramil Qədimovun dediyinə görə, ona daha çox Türkiyə vətəndaşları zəng edir.

Tutuquşu günəbaxan tumu, giləmeyvələrlə qidalanır. Çəhrayı quyruqlu, boz quş kaprizləri ilə də diqqət çəkir. Qəfəsdə dəyişiklik etdikdə küsəyənliyini və etirazını günlərlə yemək yeməməklə bildirir.

Tutuquşunun sahibi onu bilərəkdən bu qiymətə satır. Quşun gələcək taleyindən narahat olan R. Qədimov maddi dəyəri çox olduğundan yeni sahibinin ona yaxşı baxacağını deyir. Onu satın alan şəxs müqavilə imzalamalıdır. İndiki sahibi tutuquşunu satdıqdan sonra da ziyarət etmək şərti ilə satır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az