Almaniya məhkəməsi cümə axşamı günü idman maşınına ziyan vuran eşşəyin sahibinin, avtomobilə dəymiş ziyanın xərcini ödəyib-ödəməyəcəyinə dair bir qərara gəlməlidir.
Ötən il, sentyabrın 15-də, Markus Zahn parlaq narıncı rəngdə olan McLaren Spider markalı avtomobilini Hesse vilayətinin Vogelsberg məntəqəsində otlağın qırağında saxlayıb.
Bundan sonra Vitus adlı eşşək onun avtomobilinin arxa hissəsini gəmirib, maşın sahibi deyir. Polisin zənn etdiyinə görə, Vitus avtomobili kök ilə səhv sala bilərdi.
Lakin eşşəyin sahibi maşına dəymiş ziyana görə €6,000 məbləğində iddianın irəli sürülməsinin ədalətli qərar olması ilə razılaşmayıb.
Onun sözlərinə görə, maşına ziyan vuran bəlkə də, heç Vitus olmayıb və Markus Zahn qiyməti, deyildiyi kimi, €300,000 olan avtomobilini otlağa bitişik olan bir yerdə saxlamamalıydı. Mülki məsələlərə baxan Giessen məhkəməsi ölkə miqyasında məşhurlaşmış bu işə cümə axşamı günü baxmalıdır. (BBC)
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































