Kişilər üçün ən məşhur jurnal olan Playboy-un banisi və sahibi, 92 yaşlı Hyu Höfner vəfat edib.
Milli.Az bildirir ki, bu barədə məlumat jurnalın Tvitter akkauntunda paylaşılıb.
"Amerikanın ikonası və Playboy-un banisi Hyu M.Höfner dünyasını dəyişdi. Onun 91 yaşı vardı", - açıqlamada deyilir.
Playboy 1953-cü ildən bəri ABŞ-da dərc olunur. Müxtəlif vaxtlarda jurnalın üz qabığını Merilin Monro, Sindi Krouford, Pamela Anderson bəzəyiblər. Jurnalın ilk sayı 1953-cü ildə 51 min tirajla çap olunub. İndi Playbo dünyanın ən müxtəlif ölkələrində, fərqli dillərdə nəşr olunur.
2013-cü ilin yanvarında 88 yaşlı Höfner 26 yaşlı model Kristal Harrislə evlənmişdi. Playboy-un sahibi bu modellə əslində 2011-ci ilin iyun ayında evlənmək istəyirdi. Lakin toya 5 gün qalmış K.Harris "sevgilisi"ndən qaçmışdı.
2015-ci ilin oktyabrında jurnal tam çılpaq modellərin fotolarını dərcindən imtina edib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə














.jpg)










.jpg)
















.jpg)










