Bəs Azərbaycan dövlətindən icazə alınıbmı?..
Onu da xatırladaq ki, 1991-1993-cü illərdə Naxçıvanlı kəndi uğrundakı döyüşlərdə onlarla Azərbaycan oğlu şəhid olub...
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisində vətəndaşlıqları bəlli olmadığından və ya Ermənistandan, yaxud xaricdən qeyri-qanuni köçürülmələri səbəbindən qanunsuz məskunlaşmış haylar əraziyə müvəqqəti(!) nəzarət edən Rusiya “sülhməramlı” kontingentinin dəstəyi ilə dövlətimizin suverenliyi və müstəqilliyinə qarşı həm hərbi, siyasi, həm də iqtisadi-sosial təxribatlarını davam etdirirlər.

Mediainfo.az xəbər verir ki, artıq 32-ci ildir ki, torpaqlarımızın bir hissəsində qondarılmış separatçı-terrorçu rejim Xocalı rayonunun işğal altındakı Naxçıvanlı kəndindən işğal altındakı Xankəndi şəhərinə yeni yol çəkirlər.
Rusiya “sülhməramlı” kontingentinin telegram-kanalının yaydığı məlumata görə, Azərbaycanın müvafiq qurumlarının rəsmi icazəsi olmadan, ərazimizdəki meşələrin, otlaqların sıradan çıxarılması, yəni ekeologiyamıza ziyan vurulması ilə müşayiət olunan qanunsuz yol çəkilişinin “təhlükəsizliyinə” məhz Rusiya hərbçiləri nəzarət edir...
"Dağlıq Qarabağda yeni Stepanakert-Naxçıvanik yolu tikilir. Rusiya sülhməramlı kontingentinin hərbçiləri Rusiya bölmələrinin məsuliyyət zonasında keçən Naxçıvanik-Stepanakert yeni yolunun tikintisinin təhlükəsizliyini təmin edirlər. Yol Naxçıvanik kəndini və ona yaxın olan digər kəndləri Əsgəran şəhəri ərazisi vasitəsi ilə deyil, birbaşa Stepanakertlə(Xankəndi -S.L.) birləşdirəcək.", - məlumatda belə deyilir.

Zəruri arayış:
Naxçıvanlı (əvvəlki adı: Naxçıvanik) — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Naxçıvanik kəndi Naxçıvanlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanlı kəndi Rusiya “sülhməramlı” qüvvələrinin nəzarətinə keçib.
Naxçıvanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salmışdılar. Sovet hakimiyyəti illərində Naxçıvanik adlandırılan bu kənd 1992-ci ildən Naxçıvanlı kimi rəsmiləşdirilmişdir. Oykonim "Naxçıvandan gələnlər" mənasındadır.
Onu da xatırladaq ki, 1991-1993-cü illərdə Naxçıvanlı kəndi uğrundakı döyüşlərdə onlarla Azərbaycan oğlu şəhid olub...Moderator.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































