Əməkdar artist Mehriban Xanlarova və 92 yaşlı anası Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Bakupost.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə böyük ümidlə müraciət edirəm. Yeddi ay öncə, məmur özbaşınalıqlarını Sizə çatdırmaq üçün yazılar yazmışam. Mənə Milli Dram Teatrından bildirildi ki, sən heç bir şey yaza bilməzsən, deyə bilməzsən və işdən azad edilməyim üçün hazır ərizəni qarşıma qoydular, “imzalayın” dedilər. Mən də, sadəcə, imzaladım. Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq...
Hörmətli cənab Prezident!
Yeddi aydır, döymədiyim qapı yoxdur. Xeyli sayda məktublar göndərmişəm, təəssüflər olsun ki, heç birindən cavab gəlməyib. Mənə deyirlər ki, get, nə istəyirsənsə, onu da et. Mədəniyyət Nazirliyindən mənə bildirildi ki, Sizə yazdığım məktub çatdırılıb və nazirliyə göndərilib. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. O məktubda Sizə məni Milli Dram Teatrına qaytarmağınız üçün yalvarmışdım... Adını çəkmədiyim məmurlar məni teatrdakı işimə bərpa etmədilər. Adını da belə qoyurlar: Guya dövlətə qarşı çıxmışam. Mən hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına, Sizin həyata keçirdiyiniz dövlət siyasətinə sadiq olmuşam, ölənədək də sadiq qalacağam. Çünki mən dövləti, dövlətçiliyi, Azərbaycanı, torpağımızı, xalqımızı, Prezidentimi sevən vətəndaşam. İnanın, məni elə vəziyyətə salıblar ki, Sizə videomüraciət edirəm, o qədər həyəcanlıyam ki, sözlərimi ardıcıllıqla deyə bilmirəm. Sizə yalvarmaqdan heç vaxt utanmamışam, utanmaram da... Yenidən Sizə müraciət edirəm, məni teatra geri qaytarın. Daha məmurların adlarını çəkmək istəmirəm. Möhtərəm Prezident, mənim Sizdən və Allahdan başqa heç kəsim yoxdur. Bir daha xahiş edirəm, məni doğma teatrıma qaytarın”.
O, daha sonra anasının eyni məzmunlu müraciətini səsləndirib.
Azərbaycanpolisi.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































