Türkiye Futbol Federasiyası Paraqvaya qarşı matçın yenidən keçirilməsi ilə bağlı FIFA-ya müraciət edib.
Azerbaycanpolisi.az Offsideplus.az-a istinadən xəbər verir ki, sözügedən oyunda paraqvaylı futbolçunun 45-ci dəqiqədə yerə düşən hakim saatını götürərək öz qoluna taxması diqqət çəkmişdi.
FIFA qaydalarına əsasən, hakimin nüfuzuna xələl gətirən və oyunu sağlam şəkildə idarə etməsinə mane olan davranışlar matçın təkrar keçirilməsi üçün əsas sayıla bilər.
TFF bu məsələ ilə bağlı “Yüzdə bir ehtimal olsa belə, bu işi sakit şəkildə həll etməyə çalışaq. Haqqımızı istəyək” söyləyərək, FIFA-ya müraciət edib.
FIFA-nın TFF-yə göndərdiyi cavabda isə belə qeyd olunub:
“Təlimatlar açıqdır. Fikirlərinizdə və müəyyən etdiyiniz məqamlarda haqlılıq payı var. Lakin bu hadisə hakimin öz vəzifəsini yerinə yetirə bilmədiyini və ya ciddi zəiflik nümayiş etdirdiyini göstərmir. Hakimin ikinci bir saatının olması bu vəziyyətdə hər hansı şübhə ehtimalını aradan qaldırır.”
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda Paraqvaya 0:1, Avstraliyaya 0:2 hesabı ilə uduzaraq qrupda qalıb.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























