Moskvadakı "Sadovod" ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb.
Azerbaycanpolisi.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şəki rayon sakinləri olan Azərbaycan vətəndaşları İslam Süleymanov və Elnur Nəbiyev dünən səhər "Sadovod" bazarına dron qalıqlarının düşməsi nəticəsində xəsarət alıblar.
Yaralılar 36 saylı Moskva Şəhər Xəstəxanasına aparılıblar.
Yaralılardan birinin artıq evə buraxıldığı bildirilir.
Qeyd edək ki, Ukrayna dünən səhər Moskvaya kütləvi dron hücumu həyata keçirib. Hücum nəticəsində Moskvanın cənub-şərqindəki neft emalı zavodunda və yaxınlıqdakı "Sadovod" ticarət mərkəzində yanğın baş verib. Dronlardan biri neft emalı zavoduna düşüb və havada vurulan drondan qalıqlar ticarət mərkəzinə düşüb. Nəticədə ticarət mərkəzinə ciddi ziyan dəyib. Yanğında orada çalışan Azərbaycan sahibkarlarına məxsus milyonlarla rubl dəyərində mallar məhv olub.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























