İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub.
Azerbaycanpolisi.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.
R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Qeyd edək ki, T.Bəhrəmli Vətən müharibəsi iştirakçısıdır. O, Mingəçevirdə məktəblərdən birində gözətçi işləyirmiş.
***
Yaxınlarının bildirdiyinə görə, T.Bəhrəmli hadisəni törətməkdə şübhəli bilinən şəxsin qızı ilə ailə həyatı qurmaq istəyib. Bu məqsədlə o, qızın evinə elçi də göndərib. Lakin tərəflər arasında razılıq baş tutmayıb. Daha sonra isə dava-dalaş düşüb və qızın atası 35 yaşlı Turala zərbələr endirib.
R.Məmmədovun hadisə vaxtı sərxoş vəziyyətdə olması qeyd edilib.
Araşdırmalar davam etdirilir.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























