“Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov Rusiyada xarici bayraqların istifadəsinin məhdudlaşdırılmasını təklif edib.
Oxuməni.az “Bakupost.az”a istinadla xəbər verir ki, Mironovun fikrincə, digər dövlətlərin rəsmi simvollarının nümayişi tez-tez diasporlar tərəfindən yerli əhaliyə qarşı özlərini fərqləndirmək və millətlərarası ədavəti qızışdırmaq məqsədilə istifadə olunur:
“İstənilən şəxs, istənilən yerdə istənilən dövlətin, istər Ukraynanın, istər ABŞ-nin, istərsə də Azərbaycanın bayrağını və ya gerbini asa bilər. Bu, qanunla qadağan olunmayıb. Ancaq bu fürsətdən Rusiyada yaşayıb, ölkə ilə ortaq birliyi hiss etməyən, əvəzində başqa bir ölkə ilə, onun dəyərləri və məqsədləri ilə həmrəyliyini vurğulayan insanlar istifadə edir”.
Qeyd edək ki, Mironov bundan əvvəl Moskvadakı bazarlarda diaspor nümayəndələrinin yoxlanılmasını da təklif etmişdi. O, baş prokuror İqor Krasnova müraciət edərək diasporlar və onlarla əlaqəli strukturların, o cümlədən Moskvanın ən iri bazarları olan "Sadovod" və "Food City"nin yoxlanmasını xahiş etmişdi.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































