Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentə düşən revanşistlərin müharibə istədiklərini deyib.
Publika.az xəbər verir ki, erməni baş nazir müxalifətin sülh müqaviləsini şübhə altına aldığını bildirib.
O, Qarabağdakı keçmiş separatçıların qondarma “bayrağı”nın parlamentə gətirilməsini xatırladıb. Qeyd edib ki, indi parlamentə gələn fraksiya yenidən eyni “bayraqları” masasına qoyacaqmı?
“Təhlükəsizlik təhdidlərin yaranması buradan başlayır. Çünki məlum olur ki, Ermənistan parlamentində sülh müqaviləsinin arxitekturasını qəbul etməyən qüvvə var. Bu, birbaşa təhdiddir və reaksiyalar yaradır. Biz səbəb-nəticə əlaqələrini görməli və bununla üzləşməliyik”, - o deyib.
Paşinyan bildirib ki, Ermənistanın 700 mindən çox vətəndaşı sülh gündəliyinə sadiqliyini təsdiq etdi. Onun sözlərinə görə, Ermənistan özünü qorumaq üçün rıçaqlar tapmalıdır, çünki casus şəbəkəsi ilə üz-üzə qalıb.
“Onlar de-yure və de-fakto casus şəbəkəsidir. Dövlət arxayınlaşmamalıdır. Onlar spesifik yollarla məhv edilməlidir, əks halda, münaqişəni canlandırmaq, yenidən müharibə yaratmaq üçün hər şeyi edəcəklər. Biz vəziyyətə nəzarət edirik, lakin xalqımız da bundan xəbərdar olmalıdır. Hazırda əsas sual belədir: bu qüvvələr “Qarabağ hərəkatını” davam etdirəcəklər, ya yox? Parlamentə gələn qüvvə seçkiqabağı dövrdə deyirdi ki, 29 min 743 kvadratkilometr ərazi ilə kifayətlənməməliyik. Əslində bu, artıq qonşulara müharibə elan etməkdir. Bu, qonşu ölkələrin bizə qarşı birləşməsi riskini yaradır. Ermənistan dövləti buna reaksiya verməlidir, əks halda bizə deyəcəklər ki, siz bu bəyanatla razısınız”, - Paşinyan qeyd edib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






