Dünya Çempionatının qrup mərhələsininin üçüncü turunun növbəti oyunları keçirilib.
H qrupunda İspaniya millisi üçüncü turda Uruqvayla qarşılaşıb və 1-0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qol 42-ci dəqiqədə vurulub. Uruqvay millisinin qapıçısı Fernando Musleranın kobud səhvindən sonra İspaniya millisinin yarımmüdafiəçisi Aleks Baena topu rəqib qapısına göndərərək hesabı açıb. Oyun bu hesabla da başa çatıb.
Bu qələbədən sonra İspaniya yeddi xalla H qrupunda birinci yeri tutaraq pley-offa yüksəldi. 1/32 finalda hazırkı Avropa çempionu J qrupunda ikinci yeri tutan komanda (Argentina, Avstriya, Əlcəzair, İordaniya) ilə qarşılaşacaq.
İki xalla Uruqvay qrupda üçüncü yeri tutdu və pley-offa yüksələ bilmədi. Kabo Vide (3) ikinci, Səudiyyə Ərəbistanı (2) isə sonuncu oldu..
2026-cı il Dünya Çempionatında üçün daha bir pley-off cütlüyü müəyyənləşdi. Kabo Verde debüt Dünya Kubokunda 1/32 finala yüksəldi.
Afrika komandası qrup mərhələsindəki bütün oyunlarında heç-heçə etdi: İspaniya və Səudiyyə Ərəbistanına qarşı 0-0, Uruqvaya qarşı isə 2-2.
Kabo-Verde H qrupunda üç xalla ikinci yeri tutdu.
Kabo-Verde Argentina ilə pley-offda oynayacaq. Oyun 4 iyulda keçiriləcək.
I qrupunda ABŞ-ın Foksboro şəhərindəki Gillette stadionunda arasında Norveç və Fransa arasında keçirilən görüşdə fransızlar 4-1 hesabı ilə qalib gələrək qalib gəliblər. Oyunda hesabı yeddinci dəqiqədə
Ousmane Dembélé açıb. Daha sonra o hissənin ortalarında daha iki qol vuraraq xrt-trikə imza atıb. Oyunun sonlarında Due 4-cü topu norveçlilərin qapısından keçirib. Norveç millisinin yeganə qolunu
Telo Osgaard vurub.
Fransa doqquz xalla birinci yeri tutaraq pley-offa vəsiqə qazandı. Fransa millisi pley-offun ilk mərhələsində İsveçlə üz-üzə gələcək. Oyun iyunun 30-da keçiriləcək.
Norveç 6 xalla qrup ikincisi kimi 1/16 finala yüksəlib.
I Qrupunda Kanadanın Toronto şəhərində Seneqal İraqla qarşılaşıb. Afrika komandası 5-0 hesabı ilə qalib gələrək İraqı darmadağın edib. Oyunda hesabı dördüncü dəqiqədə Həbib Diarra açıb. 56-cı dəqiqədə İsmayıl Sarr seneqallıların üstünlüyünü ikiqat artırdı. 59-cu dəqiqədə Pape Gueye üçüncü, 71-ci dəqiqədə Villarrealın dördüncü, İliman 82-ci dəqiqədə Ndiaye beşinci qolu vurub.
Seneqal I Qrupda üç xalla üçüncü yeri tutdu.
G qrupunda bu gün səhər isə Misir – İran, Yeni Zelandiya – Belçika matçları keçirilib.
Belçika YeniZelandiyaya 5-1 hesabı ilə qalib gəlib. Topları Belçika millisindən Trossar 28,52, De Breyne 66, Lukaku 86 və Salemakers 94-cü dəqiqələrdə vurublar. Yeni Zelandiyanın yeganə qolunu isə 84-cü dəqiqədə Cast vurub.
Misir-İran görüşü 1-1 hesabı ilə başa çatıb. Oyunun 5-ci dəqiqədə misirli Saber hesabı açıb. Oyunun 12-ci dəqiqəsində isə İran millisinin oyunçusu Rezayan hesaba tarazlqı gətirib. Oyunda qapılara daha qol vurulmayıb.
Xallarının sayını 5-ə çatdıran Misir qrupu ikinci sırada bitirərək 1/16 finala yüksəlib. İran isə qrupda 3 xalla 3-cü pillədə qərarlaşaraq ən yaxşı üçüncülərdən biri kimi pley-off şansını gözləyəcək.
Misir millisi pley-offun ilk mərhələsində Avstraliya ilə üz-üzə gələcək. Oyun iyulun 3-də keçiriləcək.
İyunun 28-nə keçən gecədən səhərədək fasilələrlə üç qrupda sonuncu tur oynanılacaq.
Oyunların təqvimini təqdim edirik:
28 iyun, 01:00. Panama – İngiltərə (L qrupu)
28 iyun, 01:00. Xorvatiya – Qana (L qrupu)
28 iyun, 03:30. Konqo DR – Özbəkistan (K qrupu)
28 iyun, 03:30. Kolumbiya – Portuqaliya (K qrupu)
28 iyun, 06:00. İordaniya – Argentina (J qrupu)
28 iyun, 06:00. Əlcəzair – Avstriya (J qrupu)
Əziz MUSTAFA
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































