Ekvador və Kyurasao 2026-cı il Dünya Kuboku qrup mərhələsi matçında 0-0 hesabı ilə heç-heçə etdilər. Oyun ABŞ-ın Kanzas-Siti şəhərindəki Arrowhead Stadionunda baş tutdu.
Kanadanın Toronto şəhərindəki TMO Field stadionunda, Almaniya və Kot-d'İvuar arasında 2026-cı il Dünya Çempionatı qrup mərhələsinin ikinci tur matçı keçirildi. Julian Nagelsmanın komandası 2-1 hesablı qələbə qazandı.
Hesab 30-cu dəqiqədə açıldı. Frank Kessie əla baş zərbəsi ilə topu almanların qapısından keçirdi.
Almanlar 68-ci dəqiqədə hesabı bərabərləşdirdilər. Undavın zərbəsindən sonra hesab bərabərləşdi. Əlavə vaxtın dördüncü dəqiqəsində Undav ikinci qolunu vuraraq Almaniyaya qələbə qazandırdı.
Almaniya millisinin altı xalı var və qrupda birincidir. Kot-d'İvuar (3) ikinci yerdədir.
2026-cı il Dünya Çempionatı qrup mərhələsinin ikinci turunda ABŞ-ın Hyuston şəhərindəki NRG Stadionunda Hollandiya və İsveç qarşılaşdı. Skandinaviyalılar 1-5 hesabı ilə məğlub oldular.
Topları rəqib qapısından niderlandlı Brayan Brobbey (iki) Kodi Qakpo (iki) və Sammervil keçirdi. İsveç komandasından isə Entoni Elanqa gözəl zərbə rəqib torunu silkələdi
Bu qrupda turun son oyununda Tunis millisi Yaponiya ilə qarşılaşıb. Gərgin keçən oyunda Yaponiya millisi 4-0 qalib gəlib.
Bu gün və sabah Bakı vaxtı ilə keçiriləcək oyunlar:
21 iyun, saat 20:00: İspaniya – Səudiyyə Ərəbistanı | Mercedes-Benz Stadium, Atlanta
22 iyun, saat 02:00: Uruqvay – Kabo-Verde | Hard Rock Stadium, Mayami
22 iyun, saat 04:00: Norveç – Seneqal | MetLife Stadium, Nyu-Cersi
22 iyun, saat 07:00: İordaniya – Əlcəzair | Levi’s Stadium, San Francisco
22 iyun, saat 21:00: Argentina – Avstriya | AT&T Stadium, Dallas
Əziz MUSTAFA
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































