Bakıda binada uçqun oldu
12:23
Marneuli bələdiyyəsinin Ağməmmədli kəndinin 21 yaşlı sakini Elnur Nəbiyev Qara dənizdə boğularaq ölüb.
Azerbaycanpolisi.az “MarneuliNews.ge”-yə istinadən xəbər verir ki, hadisə iyunun 18-də Ureki kurort kəndinin sahilində baş verib.
Güclü dəniz axını Marneulidən tətilə gələn dörd gənci dənizə aparıb. Xilasedicilər tez bir zamanda müdaxilə edərək gəncləri sudan çıxara biliblər, lakin Elnur Nəbiyevin həyatını xilas edə bilməyiblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Azerbaycanpolisi.az