BMT-nin doqquzuncu Baş katibi Antoniu Quterreşin ikinci müddəti 31 dekabr 2026-cı ildə başa çatdığından, onun varisinin seçilməsi və təyin olunması prosesi başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat verib.
Hazırda altı namizəd irəli sürülüb. Bu payız keçiriləcək seçim nəticəsində onuncu BMT Baş katibi Təhlükəsizlik Şurasının tövsiyəsi ilə BMT Baş Assambleyası tərəfindən BMT Nizamnaməsinin 97-ci maddəsinə uyğun olaraq təyin ediləcək.
Təşkilatın yeni rəhbəri 2027-ci ilin yanvarında vəzifəyə başlayacaq. Onun səlahiyyət müddəti beş il olacaq və bir dəfə daha beş il müddətinə uzadılması mümkündür.
BMT qeyd edir ki, yeni baş katib təşkilatı üzv dövlətlərin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı islahat dövründə idarə edəcək. Seçim prosesinin şəffaflıq və inklüzivlik prinsipləri əsasında aparıldığı vurğulanır.
Argentina namizəd kimi Rafael Mariano Qrossini irəli sürüb. Çili, Braziliya və Meksika birgə namizəd kimi Mişel Baçelet Heriyanı dəstəkləyib. Burundi Makki Sallanı, Kosta-Rika Rebekka Qrinspan Mayufisi namizəd göstərib. Antiqua və Barbuda BMT Baş Assambleyasının sabiq sədri, Ekvadorlu Mariya Fernanda Espinoza Qarsesi təklif edib. Keçən həftə Qayana BMT-dəki daimi nümayəndəsi Kerolin Rodriqes-Birkettini irəli sürüb.
Beləliklə, BMT tarixində ilk dəfə olaraq Baş katib vəzifəsinə bir neçə qadın namizədliyini irəli sürüb. Təşkilatın mövcud olduğu bütün dövrdə bu vəzifəni heç bir qadın tutmayıb.
Almaz Həsənli
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































