Polşa prokurorluğu azərbaycanlı taksi sürücüsü Naibə polis dəyənəyi ilə hücumda şübhəli bilinən Mixail R.-yə ittiham irəli sürüb.
Azerbaycanpolisi.az “Vesti.az”a istinadla xəbər verir ki, bu barədə Polşa KİV-ləri məlumat yayıb.
İstintaq məlumatlarına görə, şübhəlinin hərəkətləri milli, etnik və ya irqi nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirilib. Mixail R. özünü təqsirli bilməsə də, ifadə verib.
Hadisə 12 iyun saat 11:30 radələrində Varşavanın Qdansk stansiyasının yaxınlığında baş verib. Zərərçəkənin sözlərinə görə, kişi əvvəlcə ona “Buradan get!” deyib, sonra isə polis dəyənəyini çıxarıb və bir neçə zərbə vurub.
Hücum nəticəsində Naib başından yaralanıb, xəstəxanaya yerləşdirilib və tikiş qoyulub.
Əgər Mixail R. təqsirli bilinərsə, ona 3 aydan 5 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Məhkəmə qərarına qədər şübhəliyə polis nəzarəti tətbiq olunub. Həmçinin ona zərərçəkənlə əlaqə saxlamaq və ona 50 metrdən yaxınlaşmaq qadağan edilib.
Hazırda polis hadisənin şahidlərini axtarır və müşahidə kameralarının görüntülərini araşdırır. Bildirilir ki, şübhəli vəkili ilə birlikdə könüllü olaraq polis bölməsinə gəlib.
Azerbaycanpolisi.az
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb

















































