Özbəkistanın bu kəndləri Qırğızıstana verildi

Özbəkistanın bu kəndləri Qırğızıstana verildi

Özbəkistan dövlət sərhədinin demarkasiyası çərçivəsində 236 hektar ərazisi olan iki yaşayış məntəqəsini Qırğızıstana verib.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov sosial şəbəkə səhifələrində bildirib.

Onun sözlərinə görə, söhbət əhalisi 2500 etnik qırğızdan ibarət olan Çonqara və Taş-Tobo kəndlərindən gedir.

"İndi bu kəndlərdə qeydiyyat tədbirləri həyata keçiriləcək, onlar başa çatdıqdan sonra isə sakinlərinə Qırğızıstan Respublikasının vətəndaşlığı veriləcək. Qeyd olunan yaşayış məntəqələrinin əvəzində Qırğızıstan tərəfi sərhədyanı zonada sahəsinə görə bərabər olan torpaq sahələrini Özbəkistan Respublikasına verib", - Alaqozov qeyd edib.

O əlavə edib ki, sahəsinə görə bərabər olan torpaq sahələrinin mübadiləsi Say kəndindən Tayan kəndinə qədər avtomobil yolunun tikintisi üçün həyata keçirilib, bunun sayəsində indi Batken vilayətinin sakinləri Aydarkəndən Batkenə indiki 225 kilometrlik dolama yol əvəzinə təxminən 55 kilometr məsafə qət edərək gedə biləcəklər.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.06.24

2026.06.23

2026.06.22

2026.06.21

2026.06.20

2026.06.19

2026.06.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az