“AzerTelecom” və “Telecom Armenia” Azərbaycan vasitəsilə Ermənistana beynəlxalq internet bağlantısı təmin etmək üçün ikitərəfli sazişlər imzaladılar. Bu barədə Azerbaycanpolisi.az “1news.az”a istinadla xəbər verir.
Sazişlərin bir hissəsi olaraq, regionun aparıcı magistral internet operatoru olan “AzerTelecom” beynəlxalq internet trafik xidmətlərinin coğrafiyasını genişləndirəcək və öz infrastrukturundan istifadə edərək Ermənistana internet tranziti təmin edəcək.
Bu cür sazişlər regionda rabitə marşrutlarının şaxələndirilməsinə, telekommunikasiya şəbəkələrinin etibarlılığının daha da artırılmasına və telekommunikasiya sektorunda əməkdaşlığın inkişafına töhfə verir.
“AzerTelecom” haqqında
“AzerTelecom”, topdansatış internet trafiki, rabitə xidmətləri, innovativ rəqəmsal həllər və digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edən Azərbaycanın aparıcı telekommunikasiya şirkətidir. Şirkət Avropa və Asiya arasında yeni rəqəmsal dəhliz yaratmağı hədəfləyən transkontinental Rəqəmsal İpək Yolu layihəsini həyata keçirir.” AzerTelecom”, müxtəlif ölkələrdə və sənaye sahələrində fəaliyyət göstərən beynəlxalq NEQSOL Holding şirkətlər qrupunun bir hissəsi olan “Azerconnect Group”unun bir hissəsidir.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























