Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının girişi qadağan edilib.
Mediainfo.az xəbər verir ki, bu barədə isveçli jurnalist Rasmus Kanbök "Twitter" hesabında yazıb.
O, Xankəndiyə səfər etmək üçün Qarabağdakı separatçılara müraciət edib. Jurnalistə bildirilib ki, giriş icazələrinin verilməsi qeyri-müəyyən müddətə dayandırılıb.
Erməni mediasının yazdığına görə, "artsax milli assambleyasının'' bütün beş fraksiyaları sentyabrın 2-də bir sıra tədbirlər keçirmək barədə qərar qəbul ediblər. Bildirilib ki, sentyabrın 2-də saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur.
Qeyd edək ki, ötən il Ermənistan baş naziri Nikol Paşinyan və ölkənin digər yüksək rütbəli rəsmiləri əvvəlki illərdən fərqli olaraq, "müstəqillik tədbirlərində" iştirak etmək üçün Xankəndinə getməyib.
Xatırladaq ki. 1991-ci ilin məhz 2 sentyabrında Qarabağ "parlamenti" Azərbaycandan "müstəqilliyini" elan edib və Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoyub.Bizim.Media
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































