“Ukraynanın cənubunda havalar hər mənada isti keçir. Rus əsgərləri bunu hər gün hiss edirlər”.
Mediainfo.az xəbər verir ki, bunu Ukraynanın Melitopol şəhərinin meri İvan Fedorov deyib.
O, əlavə edib ki, Melitopol şəhərini işğal edənlərin çoxu məhv edilib: “İşğalçılar yəqin ki, cənubda havanın hər mənada belə isti olduğunu bilmirdilər. Müqavimət Hərəkatı onlara demək olar ki, hər gün cəhənnəmi xatırladır”.
Hazırda burada ukraynalı partizanlar düşmənə qarşı fəal döyüşür, şəhərdə dəfələrlə partlayışlar olub.
Avqustun 30-da kütləvi informasiya vasitələrinə məlum olub ki, Melitopolda partizanlar Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının avtomobillərini “pozğunluq məskəni” - “Citadel” mehmanxanası yaxınlığında partladıblar.
Bu oteldə xüsusi xidmət orqanlarının əməkdaşları adətən yerli qızlarla əylənirlər.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































