Moskvanın cənub-şərqində Azərbaycan vətəndaşının gənc oğlanı öldürməsi ilə bağlı paytaxtın İstintaq Komitəsi təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Bu gün gecə saatlarında şübhəlinin mənzilində axtarış zamanı külli miqdarda - 44 milyon rubl və 300 min ABŞ dollarından çox pul aşkar edilib.
İstintaq onların mülkiyyətçiliyini müəyyən edəcək, habelə alınması və dövriyyəsinin qanuniliyini qiymətləndirəcək.
21 yaşlı Azərbaycan vətəndaşı Moskvanın Krasnodarskaya küçəsindəki evlərdən birinin girişində avtomobili səkidə saxlayıb. Bu, 24 yaşlı yerli sakinin narazılığına səbəb olub və o, sürücünü danlayıb. Nəticədə 21 yaşlı gənc moskvalıya hücum edib, onu döyüb, sonra isə qarnına bıçaq zərbəsi endirib. Kişi aldığı xəsarətlərdən xəstəxanada ölüb, cinayətkar qaçıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































