Həftə sonu havanın temperaturu 30C-dən yuxarı qalxsa da, çərşənbə axşamından bəri Avstriyanın bəzi yerlərində qar yağıb. Xüsusilə, Karintiyadakı Paxattel dağ keçidi qarla örtülüb. Bir neçə qəza baş verib və bir çox yollarda sürücülərdən qar zəncirləri taxmaq tələb olunur. Təcili yardım xidmətləri qarla dolu ağacların yollara və elektrik xətlərinin üzərinə düşəcəyindən ehtiyat edir.
"Oxuməni.az" yerli mətbuata istinadən xəbər verir ki , Xorvatiyanın Zaqorje şəhərində də qar yağıb. Petrovsko, Hum na Sutli, Preqrada, Dyurmanec, Radoboj və Jesene ərazılərinin də bir hissəsini qar ağ yorğanla örtüb. Ölkə ərazisində bəzi yerlərdə qar yağıb, yağış yağıb. Sakinlər hazırda çiçək açan meyvə ağaclarına zərər verə biləcək şaxtanın qarşısını necə almağı düşünürlər.
İki günlük istidən sonra Rumıniyada havanın temperaturu demək olar ki, kəskin şəkildə 20°C aşağı düşüb. Ölkənin şimal-qərbində yerləşən Kluj-Napoka şəhərinə əsl qış gəlib. Çərşənbə axşamı termometr 25°C göstəribsə, çərşənbə günü artıq 4°C olub.
Bosniya və Herseqovinanın dağlıq bölgələri, eləcə də ölkənin paytaxtı Sarayevo da qarla örtülüb. İki gün əvvəl burada temperatur demək olar ki, 30 ° C-ə çatırdı ki, bu da Balkanlarda yaz üçün xarakterik deyil.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































