Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar.
DİN xəbər verir ki, Lerik rayonu ərazisindəki evlərdən birindən gecə saatlarında naməlum şəxslərin gitara, saz və məişət əşyaları oğurlaması barədə polis məlumat daxil olub.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Elariz Məmiyev və İsmayıl İsmayılzadə saxlanılıblar.
Onlar sözügedən ünvana içərisində xeyli məbləğdə pul olan seyf və ya kassa olduğunu güman etdikləri üçün daxil olublar. Pul və zinət əşyası tapa bilmədikdə isə musiqi alətləri və məişət əşyası oğurlayıblar. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































