Naməlum şəkildə yoxa çıxan təyyarələr (3)

Naməlum şəkildə yoxa çıxan təyyarələr (3)

Mediainfo.az "Naməlum şəkildə yoxa çıxan təyyarələr" adlı yazının sonuncu hissəsini təqdim edir:

Təyyarələrin müəmalı şəkildə qəzaya uğramaları və onların illərlə axtarışlarının niyə nəticə verməməsi günümüzdə də aviasiya üzrə tanınmış mütəxəssisləri təəccübləndirməkdədir. Bunun da səbəbləri var. Belə ki, bəzən illərlə axtarılan qəzaya uğrayan hava gəmisinin qalıqları gözlənilmədən uçuş-enmə zolağından cəmisi 10-15 kilometr məsafədə tapılır. Halbuki həmin ərazi dəfələrlə axtarılmış, ancaq orada heç nə tapılmamışdı. Sanki üstündən illər öətəndən sonra hansısa qüvvə qəzaya uğrayan təyyarənin qalıqlarını gizlicə gətirib yaxınlıqdakı ərazidə yerləşdirir və bununla axtarış-xilasetmə əməliyyatlarında iştirak edənlərə göz dağı verir. Amma bəzən havada yoxa çıxan təyyarələrin ya cüzi qalıqlarına rast gəlinir, ya da ümumiyyətlə onların izinə düşmək mümkün olmur. Bunu 1947-ci ildə Cənubi Amerika üzərində yoxa çıxan Böyük Britaniyanın "Britiş Saus Ameriken Eyrveyo" aviakompaniyasına məxsus "Ulduz tozu" adı verilən sərnişin təyyarəsi ilə bağlı hadisə də sübut etməkdədir. "Ulduz tozu" sərnişn təyyarəsi 1947-ci il avqust ayının 21-də təxminən saat 17.50-də Santyaqo hava limanına enməli idi. Yerli vaxtla saat 17.45-də pilot uçuş-enmə zolağından 4-5 dəqiqəlik məsafədə olduğunu bildirdi. Amma təyyarə hava limanına qədər gedib çıxa bilmədi. Əvəzində radist Morze əlifbası ilə sirli "Stenaek" sözü göndərdi. Bu söz bir neçə dəfə təkrar olundu, sonra radistlə əlaqə kəsildi. Qeyd edək ki, " "Ulduz tozu" sərnişin təyyarəsi Böyük Britanıyanın əfsanəvi bombardmançı təyyarəsi "Lankaster"in bazasında hazırlanmışdı. Bu təyyarə o dövrdə ən etibarlı sərnişin təyyarəsi hesab edilirdi və dəfələrlə həmin marşrut üzrə reys uçuşlarını həyata keçirmişdi. Üstəlik onun pilotları təcrübəli kapitan Recineld Kukun rəhbərliyi altında ən çətin şəraitdə uçmağı bacarırdılar və buna görə dəfələrlə avia kompaniya tərəfindən fəxri fərmanlara, pul mükafatlarına layiq görülmüşdülər. Bu baxımdan uçuş-enmə zolağından cəmisi 4-5 dəqiqəlik məsafədə olan sərnişin təyyarəsinin pilotlarının səhv edə biləcəyi, müəmmalı şəkildə yoxa çıxmaları və ya qəzaya uğramaları ağlabatan hesab edilmirdi. Hava gəmisində 7 sərnişin və 3 də ekipaj üzvü varı. Təyyarə Buenos-Ayresdən havaya qalxmışdı və And dağları üzərindən uçaraq 4 saatdan sonra Santyaqoda yerə enməli idi. Amma təyyarə mənzil başına gedib çatmadı...

Axtarışlar nəticə vermir

İtmiş təyyarənin tapılması üçün bölgəyə dərhal xüsusi təlim görən və ən ekstremal şəraitdə işlməyi bacaraqn təcrübəli axtarış-xilasetmə əməliyyatı əməkdaşları cəlb edildilər. Havadan təyyarə ilə And dağları üzərindəki buzlaqlar xüsusi görmə aparatları ilə metr-metr yoxlanıldı. Əgər təyyarə And dağları üzərində qəzaya uğrasaydı, onda hökmən onun qalıqları aşkar ediləcəkdi. Amma heç yerdə "Ulduz tozu" adı verilən laynerin-hava gəmisinin qalıqlarına rast gəlinmədi. Ona görə də təyyarənin müəmmalı şəkildə qəzaya uğraması ilə bağlı müxtəlif ehtimallar irəli sürülməyə başladı. İş orasındadır ki, təyyarənin sərnişinləri arasında varlı fələstinli iş adamı, vəfat edən ərinin külünü Çiliyə aparan alman immiqrant qadın Marta Limpert, həmçinin Böyük Britaniya kraliçasının xüsusi gizli sənədlərini aparan kuryeri da vardı. Ona görə də təyyarənin o vaxt İngiltərə ilə düşmən münasibətdə olan və gizli sənədlərin aparılmasından hansı yollarlasa xəbər tutan Argentina tərəfindən vurulduğu barədə müxtəlif ehtimallar ortaya atıldı.

Hətta təyyarənin həmin dövrdə tez-tez Çili üzərində görünən naməlum uçan obyektlər tərəfindən ələ keçirildiyi də iddia edildi...

Sirli tapıntı

2000-ci ilin yanvar ayında Santyaqodan 80 kilometr aralıda yerləşən Tupunqato dağı ətəklərindəki buzlaqda "Ulduz tozu"na aid olduğu ehtimal edilən təyyarənin mühərrikinin qalıqları aşkar edildi. Halbuki 1947-ci ildə bu yerləri alpinistlər və axtarış-xilasetmə əməliyyatı əməkdaşları diqqətlə axtarmışdılar. Amma o vaxt təyyarənin qalıqlarına rast gəlinməmişdi. 1947-ci ildə müəmmalı şəkildə yoxa çıxan təyyarənin digər qalıqlarını da aşkar etmək üçün 2000-ci ilin fevral ayında məşhur xilasedicilər Karlos Bauza və Karlos Sarinin rəhbərliyi altında 100 əsgər Tupunqato dağlarına göndərildi. Onlar 4000 metr hündürlükdə təyyarənin paslanmış füzelyajının qalıqlarını və iki şassini aşkar etdilər. Tapılmış qalıqlar üzərində təyyarənin adı "Ulduz tozu" sözü aydın şəkildə oxunurdu. Şassilər uçuş vəziyyətində idi. Deməli pilot onlardan yerə enmək məqsədi ilə istifadə etməmişdi. Axtarışlar zamanı 53 il əvvəl itən təyyarənin 4 mühərrikindən biri tapıldı. Mühərrik işlək vəziyyətdə idi. Amma təyyarənin digər 3 mühərrikini aşkar etmək mümkün olmadı.

Havada deşik...

"Ulduz tozu" nun qalıqlarının ekspertizası zamanı məlum oldu ki, təyyarədə partlayış baş verməyib və ya o yerdən açılan atəşlə vurulmayıb. Çünki belə olsaydı mühərdiklərin hamısı sıradan çıxar, onlarda partlayış izləri olardı. Əgər 4 mühərrikdən 3-ü sıradan çıxsaydı belə, yenə də pilotlar işlək vəziyyətdə olan mühərriklə uçuşu başa çatdıra bilərdilər. Karlos Sarinin fikrincə təyyarə vertikal şəkildə dağa çırpılmışdı. Amma elə isə onun digər qalıqları harada idi? Uzun axtarışlara baxmayaraq təyyarənin qalıqlarının cüzi hisslərini, cəmisi onun 10 faizini aşkar edə bildilər. Bu dəfə gəminin qəzaya uğradığı yerdən 50-60 kilometr məsafədəki ərazi qarış-qarış yoxlanıldı. Lakin təyyarənin digər qalıqlarını aşkar etmək mümkün olmadı, həlak olan insan qalıqlarında rast gəlinmədi. Sarinin ehtimalına görə, gəmi hava boşluğundakı deşiklərdən birinə düşərək istiqaməti itirib. Amma təyyarə uçuş-enmə zolağından 4-5 dəqiqəlik məsafədə olduğu halda oradan 70-80 kilometr məsafədə niyə qəzayab uğramışdı. Axı təyyarənin birdən-birə istiqamətini dəyişərək dağlara uçması mümkün deyildi...

Amma bu günə təyyarənin istiqamətini dəyişərək dağlara üz tutmasının sirrini açmaq mümkün olmayıb.

Təyyarələr yoxa çıxmaqda davam edir

"Ulduz tozu" təyyarəsinin yoxa çıxmasından iki ay sonra "Britiş Saus Ameriken Eyrveyo" avia kompaniyasının daha iki təyyarəsi yoxa çıxdı. Yoxa çıxan birinci təyyarə 1947-ci il sentyabr ayının 19-da Londondan havaya qalxaraq Nyu-Yorka istiqamət götürdü. Radist havaya qalxandan 1 saat sonra məlumat verdi ki, uçuş normal keçir. Amma təyyarə havaya qalxandan iki saat sonra onunla əlaqə kəsildi. Dərhal təyyarənin axtarışına başlanıldı. Lakin bu günə kimi təyyarənin taleyi barədə məlumat yoxdu.

1947-ci il oktyabr ayının 17-də "Britiş Saus Ameriken Eyrveyo" aviakompaniyasına məxsus yük təyyarəsi Los-Ancelesdən havaya qalxaraq Buenos-Ayresə istiqamət götürdü. İki saatdan sonra təyyarə Meksika üzərindən uçarkən radist yerə məlumat verdi ki, uçuş normal şəkildə gedir. Amma gözlənilmədən də o "Stand up" ( ayağa qalxın) və ya "Stendek" sözlərini işlətdi. Bunun ardınca isə radistlə əlaqə kəsildi. Dərhal hadisə yeri ətrafına axtarış-xilasedici qrupu göndərildi. Amma təyyarəni tapmaq mümkün olmadı. Əgər təyyarə qəzaya uğrasaydı, onda o hökmən Meksikanın əhalinin sıx yaşadığı yaşaşyış məskənlərindən birinə düşəcəkdi və onun yerini müəyyən etmək çətin olmayacaqdı. Təyyarənin səssiz şəkildə yoxa çıxmasının səbəbini bu ğünə kimi anlaya bilməyən bəzi mütəxəssislər, o cümlədən anomal hadislər üzrə ekspert doktor Paul Mendosa belə hesab edir ki, müəmmalı şəkildə yoxa çıxan əksər təyyarələr hansısa dəhliz vasitəsi ilə bizə paralel şəkildə mövcud olduğu ehtimal edilən dünyaya düşürlər. Belə faktlara, yəni təyyarələrin müəmamlı şəkildə yoxa çıxması faktlarına günümüzdə də rast gəlinməkdədir. Hər halda Malayziyaya məxsus" Boeing-747" sərnişin təyyarəsinin təxminən 1 ay bundan əvvəl müəmmalı şəkildə yoxa çıxması və günə kimi də tapılmaması yenidən aviaekspertlər qarşısına çoxlu sayda suallar çıxarıb. Çox təəəsüflər olsun ki, elm texnikanın yüksək səviyyədə inkişaf etməsinə baxmayaraq yoxa çıxan təyyarələrin sirlərini açmaq olmur... Son

Əziz Mustafa/Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az