Mediianfo.az müəmmalı çəkildə yoxa çıxan təyyarələr barədə yazını oxucularına təqdim edir:
Bir neçə il əvvəl içərisində 227 sərnişinin olduğu Malayziyaya məxsus"Boenig 777-200" sərnişin təyyarəsinin müəmmalı şəkildə yoxa çıxması beynəlxalq aləmdə çoxsaylı ehimalların ortaya çıxmasına səbəb olub. Təyyarə ilə son əlaqə sahildən təxminən 220 kilometr aralıda, Cənubi Çin dənizi üzərində olub. Malayziyanın paytaxtı Kuala-Lumpurdan Pekinə uçan və göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olan "Boenig 777-200" təyyarəsi şənbə günü Malayziya vaxtı ilə saat 02.40-da radarların ekranlarından itib.
"Malaysia Airlines" aviaşirkətinin məlumatına görə, təyyarədəki 227 sərnişindən 153-ü Çin, 38 nəfəri Malayziya, 12-si İndoneziya, 7-si Avstraliya, 4-ü ABŞ, 3-ü Fransa vətəndaşı olub. Bundan əlavə, təyyarədə hər birindən iki nəfər olmaqla Yeni Zelandiya, Ukrayna və Kanada, hər birindən bir nəfər olmaqla Rusiya, Tayvan, İtaliya, Niderland və Avstriya vətəndaşları olub.
Özünü doğrultmayan ehtimallar
Təyyarənin terrorçular tərəfindən qaçırılması və ya partladılması barədə çoxsaylı ehtimallar mövcuddur. Lakin dünyanın aparıcı dövlətlərinin, o cümlədən Yaponiya və ABŞ-ın da iştirak etdiyi axtarış-xilasetmə əməliyyatlarının nəticə verməməsi irəli sürülən ehtimalların doğru və ya yalan olması barədə qəti fikir söyləməyə imkan vermir. Əgər Malayziyadan Çinə uçan və okean üzərindən böyük məsafə qət etməli olan təyyarə qəzaya uğrasaydı, onda məntiqi baxımdan onun qalılqarına hökmən rast gəlinməliydi. Amma ən müasir texniki vasitələrdən istifadə edilməklə, o cümlədən kosmosdakı peyklər vasitəsi ilə axtarışlar aparılmasına baxmayaraq təyyarənin qalıqlarına belə rast gəlinməməsi qəza baş verməsi ehtimalını heçə çıxarmaqdadır. Buna paralel olaraq əgər təyyarə terrorçular tərəfindən qaçırılsaydı, onda hökmən onlar hansısa tələb irəli sürərdilər. Amma belə bir tələbin olmaması təyyarənin terroroçular tərəfindən qaçırılması ehtimalını da şübhə altına almaqdadır. Bəzi məlumatlara görə təyyarə yerdən və ya sualtı gəmidən buraxılan raketlə vurulub. Məqsəd yeni raketin sınaqdan çıxarılması oub. Ancaq belə halda da hökmən təyyarənin qalıqlarına rast gəlinməli idi. Ola bilməzdi ki, vurulan təyyarənin hər hansı hissələri xilasedici axtarış əməliyyatlarında iştirak edənlərin diqqətindən yayınaydı. Amma nə təyyarənin qalıqlarına, nə də insan cəsədlərinə hələlik rast gəlinməyib. Bu isə "Boenig 777-200" ətrafında müəmmaların davam etməsinə yol açıb.
Görəsən Malayziyaya məxsus təyyarənin başına nələr gəlib? Bu suala cavab tapmaq isə heç də asan deyil. İş orasındadır ki, "Boinqi" idarə edənlər olduqca təcrübəli hava kapitanları hesab edilirdilər və onlar dəfələrlə bu marşrut üzrə çoxsaylı uçuşlar həyata keçirmişdilər. Onlar ən ekstremal şəraitdə belə işləməyi bacaran və bununla bağlı kifayət qədər təcrübəyə malik oan hava "as"ları idilər. Ona görə də qəza anında və ya hər hansı bir fövqəladə şəraitdə hökmən onlar "SOS" siqnalı göndərməli və bununla bağlı məlumat verməli idilər. Amma onlar bunu etmədilər? Niyə? Bu suala aviasiya və mülki uçuşlar üzrə ixtisaslaşan ən təcrübəli mütəxəssisləri belə düşündürməkdədir.
Yeri gəlmişkən onu da deyək ki, Malayziyaya məxsus müəmmalı şəkildə yoxa çıxan sərnişin təyyarəsindən əvvəllər də buna oxşar hadisələr baş verib. Onların yoxa çıxmasına illər sonra aydınlıq gətirilib. Lakin günümüzdə belə hələ də sirri açılmayan və müəmmalı şəkildə yoxa çıxan onlarla təyyarə mövcuddur. Onların axtarışları bəzən illərlə davam edib. Malayziya təyyarəsi ilə bağlı baş verənlər isə öz növbəsində vaxtı ilə müəmmalı şəkildə yoxa çıxan təyyarələr ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsinə səbəb olub.
"İl-14P" qəzası
1959-cu il dekabr ayının 13-də Aeroflota məxsus "İl-14P" sərnişin təyyarəsi Kabuldan havaya qalxaraq Daşkəndə doğru istiqamət götürdü. Onun göyərtəsində 25 sərnişin və 5 nəfər də gəmi heyəti vardı. Təyyarə Özbəkistanın Termez şəhərindəki hava limanına qısa eniş etdi və sonra yenidən havaya qalxdı. Amma Hissar dağ silsiləsi üzərindən uçarkən "İl-14P" ilə əlaqə kəsildi. Dərhal təyyarənin yoxa çıxması ilə bağlı axtarışlara başlanıldı. "İl-14P" -nin qəzaya uğraması ehtimal edilən bütün ərazilər qarış-qarış axtarıldı. Lakin təyyarənin izinə rast gəlmək mümkün olmadı. Üstündən 5,5 ay ötəndən sonra, 1960-cı il iyun ayının 2-də "İl-14P"-nin qalıqları təsadüfən hadisə yerinin yaxınlığından uçan vertolyot tərəfindn aşkar edildi. Dərhal bu barədə müvafiq qurumlara məlumat verdilər. Hadisə yerinə gələn axtarış qrupu tərəfindən müəyyən edildi ki, "İl-14P" məlum olmayan səbəblərdən dağa çırpılıb. Təyyarənin bir hissəsi 3500 metr hündürlükdə iti qayann ucuna ilişmişdi. Sərnişinlərin isə hamısı isə həlak olmuşdu. Araşdırmalar zamanı müəyyən edildi ki, qəzadan sonra sağ qalanlar olub. Lakin vaxtında onlar aşkar edilmədiyindən faciədən sağ qurtaranlar dağlarda o dövrdə hökm sürən 35-40 dərəcə şaxtaya tab gətirməyərək donaraq ölmüşdülər. Qeyd edək ki, həmin ərazi üzərində dəfələrlə xilasedici təyyarələr dövrə vurmuş, ancaq "İl-14P"-nin qalıqlarını aşkar etmək mümkün olmamışdı.
33 nəfərdən 16-sı xilas edildi
Digər bir analoji qəza 1972-ci il oktyabr ayının 13-də baş verdi. Belə ki, Uruqvayın Montevideo şəhərindən havaya qalxaraq Çilinin Santyaqo şəhərinə doğru uçan "Fairchild FH-227D" təyyarəsi And dağları üzərindən uçarkən qəzaya uğradı. Təyyarədə 40 sərnişin vardı. Sərnişinlərin əksəriyyəti reqbi komandasının üzvləri və onları müşayiət edənlər idilər. Dərhal hadisə yerinə axtarış-xilasedici qrupu göndərildi. Lakin onlar qəzaya uğrayan təyyarənin yerini müəyyən edə bilmədilər. 40 gün davam edən uğursuz axtarışlardan sonra qəzaya uğrayan təyyarə ilə bağlı axtarışlar dayandırldı. Belə hesab edildi ki, qəzaya uğrayan təyyarədəkilərin hamısı həlak olub. Bu da əsassız deyildi. Belə ki, həmin dövrdə And dağlarında dəhşətli çovğunlar və şaxtalar hökm sürürdü. Amma axtarışı dayandıran xilasedicilər bilmirdilər ki, qəza nəticəsində 33 nəfər sağ qalıb. Onlar 3,5 min metr hündürlükdə köməksiz vəziyyətdə qalmışdılar. Aclıq və soyuq qəzadan sağ qurtaranların vəziyyətini gündən-günə ağırlaşdırırdı. Onlar artıq ölümün pəncəsindən xilas ola biləcəklərinə olan ümidlərini itirmişdilər. Bu cəhənnmədən xilas olmaq isə mmkün deyildi. Çünki hər tərəf keçilməz dağlar və qayalıqlar idi. Yolun haradan başlayıb haraya getdiyini isə heç kim bilmirdi. Belə bir vəziyyətdə isə iki nəfər bu cəhənnəmdən xilas olmaq qərarına gəldi. Onlar ağlasığmaz bir şəkildə qayalıqları aşaraq dekabrın 20-də özlərini dağ ətəyindəki kəndlərdən birinə çatdıra bildilər və hadisə barədə kənd sakinlərinə məlumat verəndən sonra huşlarını itirdilər. Kənd sakinləri isə bu barədə dərhal müvafiq qurumlara xəbər verdilər. Nəticədə hadisə yerinə gələn xilasedicilər 16 nəfəri xilas edə bildilər. Qəza nəticəsində sağ qalan digər 17 nəfər isə aclıq və soyuğa tab gətirməyərək ölmüşdülər. Halbuki qəzada sağ qalanlar vaxtında aşkar edilsəydi, bəlkə də onların hamısını xilas etmək mümkün olardı. Belə başa düşmək olar ki, ya xilasedicilər axtarışı lazımi səviyyədə, vicdanla aparmamışdılar, ya da bəxt qəzaya uğrayanlardan sadəcə olaraq üz döndərmişdi...
Digər bir təyyarə qəzası isə 1976-cı il avqust ayının 15-də baş verdi. Ekvatorun Kito şəhərindən Kuenka turist şəhərinə adi reysi yerinə yetirən "Vickers 785D Viscount" təyyarəsi dağlıq ərazi üzərindən uçarkən müəmmalı şəkildə yoxa çıxdı. Təyyarədə 4 ekipaj üzvü də daxil olmaqla 59 nəfər vardı. Təyyarənin axtarışları heç bir nəticə vermədi. Ona görə də belə ehtimal edildi ki, təyyarə dağlardakı partizanlar tərəfindən ələ keçirilib, onun sərnişinləri isə girov götürülüb. Yalnız üstündən 27 il ötəndən sonra alpinistlər 5800 metr hündürlükdə Çimbaroço vulkanı ətrafındakı buzlaqlarda təyyarənin qalıqlarını aşkar etdilər. Davamı var
Əziz Mustafa/ Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































