"Komsomolskaya pravda" radiostansiyasında canlı yayım zamanı tanınmış Rusiya jurnalistləri Maksim Şevçenko və Nikolay Svanidze arasında yumruq davası düşüb.
Media məşhurları arasında söz atışması "Stalinizm müalicə edilməli olan bir xəstəlikdirmi?" sualının müzakirəsi zamanı baş verib. Şevçenko, bəyan edib ki, Svanidze öz şərhi ilə sovet əsgərlərinin qəbirlərinə tüpürür.
Bunun cavabında Svanidze rəqibini "əclaf" adlandırıb və onun ağzını dağıtmaq lazım olduğunu söyləyib. Şevçenko isə cürəti çatırsa, bunu elə indi etməyə çağırıb. Svanidze tərəddüd etmədən həmkarına tərəf gedib və onun üzünə sillə vurub. Şevçenko isə ona yumruqlarıyla ciddi cavab verib. Aparıcı tanınmışlara canlı efirdə olduqlarını xatırladaraq mədəniyyətə dəvət edib. Studiyadakı kişi əməkdaşlar jurnalistləri çətinliklə sakitləşdiriblər. Moderator.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“










































.jpg)

.jpg)









