NASA-nın kosmosa göndərildikdən 5 il sonra sistem səhvi səbəbindən siqnal göndərməyi dayandıran IMAGE peyki 13 il sonra yenidən aktivləşərək siqnal göndərməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, IMAGE 2000-ci ildə kosmosa göndərilib, 2005-ci ildə isə itdiyi elan olunub. Zuma adlı, ABŞ hökumətinin "gizli" olaraq sinifləndirdiyi və kosmosa göndərildikdən qısa müddət sonra itən peyki axtaran astronom Skott Tilley "2000-017A" etiketli peykdən siqnallar alıb.

Siqnalları incələyən Tilley təsadüfən qarşılaşdığı peykin NASA tərəfindən itkin elan olunan IMAGE olduğunu müəyyənləşdirib və hesablamalar apararaq onun yerini müəyyənləşdirib.
Peykin uçuş zamanı tərs çevirilərək günəş panellərindən faydalanmadığı və bateriyasının bitdiyi, amma 2007-ci ildəki günəş tutulması və və ya bənzər bir tutulmadan sonra sistemlərini yenidən başlatdığı ehtimal edilir.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











