2017-ci ilin yekununa görə, ən çox satılan smartfonların siyahısı tərtib edilib. "Canalys" analitik şirkəti tərəfindən hazırlanan siyahının birinci pilləsinə adı qalmaqallardan açılmayan "Əpl" şirkəti liderlik edir.
"iPhone X" dünyada ən çox satılan smartfon seçilib. "Əpl" şirkəti ötən ilin son rübündə 29 milyon "iPhone X" smartfonu tədarük edib.
Amerikalı analitik Ben Stenton şirkətin müəyyən dövrdə problem yaşadığını desə də, sonradan vəziyyəti ələ almağı bacardıqlarını qeyd edib:
"Əpl" noyabrın əvvəlində tədarüklə bağlı problem yaşadı. Lakin, noyabr ayının sonu və dekabrın əvvəllərində böyük istehsal artımına nail olub. Bu, şirkətə rübün sonuna yaxın bazar tələbatını təmin etməyə və hətta yüksəltməyə kömək edib".
Bahalı "iPhone X" smartfonunun yüksək populyarlığı iki amillə əsaslandırılır: kreditlərə asan müraciət və köhnə qurğuların dəyişdirilməsi proqramları. Belə ki, köhnə "iPhone" qurğusunun sahibi öz qurğusunu "Əpl" şirkətinə təhvil verərək yeni qurğu üçün endirim əldə etmək imkanına malikdir.(publika.az)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











