FTB Hitlerin Argentinaya qaçdığını bildirir

FTB Hitlerin Argentinaya qaçdığını bildirir

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) 2014-cü ilə aid gizli sənədlərində Almaniyanın nasist partiya lideri Adolf Hitlerin özünü ölmüş kimi göstərdiyini və Argentinaya qaçdığını iddia edib.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş kəşfiyyatçısı Bob Ber Hitlerin İkinci Dünya müharibəsi bitdikdən sonra Berlindən qaçdığı güman edilən əraziləri araşdırarkən bu nəticəyə gəlib.

Bununla belə, FTB sənədləri və digər yarı mifik nəzəriyyələrin əksinə olaraq, Hitlerin qoruması Roxus Mişa "Hitlerin son şahidi" kitabında fürerin sonu ilə bağlı hamıya məlum olan "həqiqəti" təsdiqləyib. Hitleri sonuncu dəfə sağ görənlərdən biri olan Mişa kitabda bildirir ki, 30 aprel tarixində Sovet əsgərlərinin Berlini mühasirəyə aldıqlarını öyrənəndən sonra fürer intihar edib: "Evanın ayaqqabıları divanın altında idi. Onların yanında isə artıq ölmüş olan Hitler gözü açıq vəziyyətə uzanmışdı. Başı isə bir az yan tərəfə əyilmişdi".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az