İngilis casusun nəvəsi: Osmanlının yıxılmasını istəmirdik

İngilis casusun nəvəsi: Osmanlının yıxılmasını istəmirdik

Mənim babam ərəblər üçün çalışmayıb. Mediainfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Habertürk" qəzetinə müsahibəsində Yaxın Şərqin hazırkı xəritəsinin əsas müəlliflərindən biri Mark Sayksın nəvəsi Mark Riçard Sayks söyləyib. Onun sözlərinə görə, ingilislər Osmanlı imperiyasından sonra dünyəvi Türkiyə Cümhuriyyəti qurulacağını təxmin etmirdilər:

"Yaxın Şərqin indiki vəziyyətə gəlməsinin günahkarı babam deyil. Bölgənin bu vəziyyətə düşməsinin iki əsas günahkarı var. Bunlardan biri İsrail dövlətinin qurulması, ikincisi isə ərəblərin heç bir şeylə bağlı razılıq əldə edə bilməməsidir. Onlar aralarından Səlahəddin Əyyubi kimi lider çıxara bilmədilər. Modern tarixdə ona yaxın olan şəxslər olub. Bunlar sırasında Yasir Ərafatı, Camal Əbdül Nasiri göstərmək olar, amma onların heç biri lider ola bilmədi.

İngilislər Osmanlının yıxılmasının tərəfdarı deyildilər. İngilis tarixinə baxsanız, savaşdan öncə Osmanlının ayaqda qalmasını nə qədər çox istədiyimizi görərsiniz. Osmanlının Almaniyanın yanında yer alması İngiltərənin fikrini dəyişdirdi. Mənim babam heç vaxt ərəblərin müstəqil olmasını istəməyib. Birinci Dünya savaşı zamanı ərəblər onu çox maraqlandırmırdı. Tək düşündüyü şey ingilislərin maraqlarıydı. Ərəblər arasında sadəcə İbn Səudu (Əbdüləziz əs-Səud – Səudiyyə Ərəbistanının ilk kralı – red.) sevirdi. Çox yaxın dost idilər. Hələ də İbn Səudun babama hədiyyə etdiyi saatı taxıram. Babam ərəbistanlı Laurensə (Tomas Edvard Laurens (ingilis casusu – red.) nifrət edirdi, ona heç güvənmirdi. Ərəblərin müstəqilliyini istəyən əsas şəxs babamın da nifrət etdiyi Gertrud Bill (ingilis qadın casus) idi. Lakin bu üç şəxsin heç biri ərəblər üçün demokratik gələcəyi planlaşdırmırdılar".

Qeyd edək ki, Mark Sayks XX əsrin əvvəllərində İngiltərənin Osmanlıdakı əsas casuslarından biri olub. O, 1916-ci ildə tarixə "Sayks-Pikot razılaşması" kimi düşən müqaviləni hazırlayıb. Sayks 1919-cu ildə Parisdə ispan qripinə yoluxaraq, vəfat edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az