İsveçli rahib Əhməd adını götürdü və Mərakeşdə yaşamaq istəyir

İsveçli rahib Əhməd adını götürdü və Mərakeşdə yaşamaq istəyir

İsveç kilsəsində 30 il rahiblik edən 74 yaşlı Leif Skjetne adını dəyişərək Əhməd qoyub.

Leif Skjetne üç il kilsədə onun yanında qalan mərakeşli gəncdən təsirlənərək adını dəyişib.

"Üç il öncə 18 yaşlı mərakeşli gənc evimə gəldi, ona sığınacaq verdim. Dörd ay öncə onu deportasiya etdilər. Ata-bala münasibətindəydik. Mən də onun ardınca Mərakeşə getmək qərarı verdim və adımı dəyişərək Əhməd etdim", - deyə rahib bildirib.

O, İsveçdəki evini sataraq Mərakeşdən ev almaq istədiyini deyib:

"İsveçdə dostlarımdan başqa heç bir qohumum yoxdur. Fərqli ölkə olmasına baxmayaraq, Mərakeşdə yaşamaq istəyirəm. Bunun mənim üçün çətin olmayacağını düşünürəm".Teleqraf.com

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az