ABŞ-ın "Spark Terapeutiks" adlı dərman firması ömürlük korluğun müalicəsinə qarşı yeni dərman hazırlayıb.
"Luxturna" adı verilən dərmanın 850 min dollara satışa çıxarılacağı bildirilir.
Şirkət bildirib ki, qiymət müəyyən edərkən sığorta şirkətlərinin 1 milyon dollardan artıq səhiyyə xərclərini ödəməsi məsələsindəki narahatlığı nəzərə alınıb.
Ömürlük korğulu müalicə edəcək bu dərman inanılmaz qiymətə satılan tək dərman deyil.
Belə ki, Hollandiyada yerləşən "UniQure" adlı şirkətin istehsal etdiyi "Glybera" 1 milyon dollarlıq qiyməti ilə dünyanın ən bahalı dərmanı hesab edilir. Avropa Dərman Agentliyi tərəfindən istifadəsinə razılıq verilən bu dərmanın gen müalicəsində istifadə olunduğu bildirilir. Ancaq dərmana gözlənilən qədər tələb olmadığı üçün keçən il bazardan çıxarılıb.
ABŞ-ın "Biogen" və "Lonis Farmaceutical" şirkətlərində hazırlanan "Spinraza" adlı dərmanın bir dozası 125 min dollar satışa çıxarılıb. O da gen xəstəliyinin müalicəsində istifadə edilir. Dərmandan istifadə edənlər birinci il 750 min dollar, sonrakı illərdə 375 min dollar xərcləyir.
ABŞ-ın "Aleksion Farmaceutical" firması tərəfindən bazara çıxarılan Soliris adlı dərmanın qiyməti 750 min dollardır. ABŞ və Avropada satışına razılıq verilən dərman nadir bir böcək xəstəliyinə qarşı istifadə olunur.
İsveçin dərman firması "Novartisin" hazırladığı "Kyriah" adlı qan xərçənginə qarşı istifadə edilə bilən dərmanın dəyəri 475 min dollarıdır. Uşaq və gənclərdə qan xərçənginin gen teapiyası ilə sağalmasına kömək edən bir dəfə istifadə edilə bilən "Kyriah" da dünyanın ən bahalı dərmanlarındandır. Xəstə 1 ayda müalicəyə müsbət reaksiya verməzsə, firma dərmanın pulunu geri qaytarır.publika.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































