Pol Qobldan şok Qrabağ etirafi

Pol Qobldan şok Qrabağ etirafi

"2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının mümkün olacağı şübhəlidir".

Bu barədə məşhur amerikalı politoloq, dövlət katibinin xüsusi müşaviri işləmiş Pol Qobl deyib.

Onun sözlərinə görə, münaqişə bu gün ABŞ üçün maraq kəsb etmir: "Rusiya da həmçinin, problemin həllində maraqlı deyil. Rusiya hesab edir ki, indiki vəziyyət onun hədəfləri üçün daha əlverişlidir. Əlbəttə bu dəyişə bilər, lakin mən bu il də münaqişənin həllində çox az perspektiv görürəm".



Qeyd edək ki, 90-cı illərdə dövlət katibinin xüsusi müşaviri işləyən Pol Qobl Dağlıq Qarabağ münaqişəsi üzrə "Qobl planı" adlı xüsusi təkliflər verib. Bu plana görə, Azərbaycan Dağlıq Qarabağ və Laçın dəhlizini Ermənistana verir, Ermənistan isə Naxçıvanla dəhlizin yaradılması üçün Mehri rayonundan Azərbaycana dəhliz ayırır. İşğal olunmuş rayonlar da Azərbaycana qaytarılır. 2001-ci ildə Prezident Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan arasında baş tutan Ki-Uest görüşündə bu məsələ müzakirə olunub. Pol Qoblun da iştirak etdiyi görüşdə hətta tərəflərin razılaşmaya çox yaxın olduğu, lakin son anda baş tutmadığı deyilir.Publika.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az