Bank işçilərinə və onların yaxınlarına qız vermək qadağan edildi

Bank işçilərinə və onların yaxınlarına qız vermək qadağan edildi

Hindistanın "Dar-ül-Ulyüm Deoband" ruhani seminariyası ölkədə geniş müzakirələrə səbəb olan fətva verib.

Bu haqda "ANİ News" nəşri xəbər yayıb. Fətvaya əsasən müsəlman qızların bankir ailələlərinə ərə verilməsi qadağan edilib. İslam təhsil ocağı bu fətvanı bir hind müsəlman ailə başçısının qızını bank işçisinin oğluna ərə verə bilib-bilməməsi haqda sorğusundan sonra qəbul edib. Müsəlman kişi bankir ailəsinin gəlirinin haram yolla əldə edilməsi səbəbindən qızını həmin ailəyə verməkdə tərəddüd edib. Onun tərəddüdləri özünü doğruldub. Ruhani seminariyanın verdiyi qərara görə, nəinki özü və ya atası bankda işləyənə, ümumiyyətlə, anası, qardaşı, bacısı, əmisi, dayısı və s. kimi digər yaxın ailə üzvləri də bu işdə çalışan oğlanlara qız vermək qadağan edilir. Çünki Qurani-Kərimə görə, sələmçiliklə qazanılan pulla alınan qida, geyim və s. də alkoqol, donuz əti və s. kimi haram sayılır. Ümumiyyətlə, İslamda sələmçilik, alkoqol, narkotik, silah satışı, eləcə də qumar, lotereya kimi oyunlarla məşğul olan sahələrdə çalışmaq günah hesab edilir.

P.S. Əslində müasir dünyanı banklarsız, kreditsiz təsəvvür etmək çətin olsa da, kredit verilməsi qrup və ya dövlət səviyyəsində sələm sayılır. Və bu gün bankların əksər dünya ölkələrində, o cümlədın Azərbaycanda insanları necə müflis vəziyyətə saldığı, qətllərə, intiharlara, boşanmalara və s. yol açdığı göz önündədir. Dərindən düşünəndə qədimlərdən bəri dünyanı fitnə-fəsada, qana və istismara bələyən vasitələrdən ən birincisi sələmdir. Məhəmməd peyğəmbər əleyhissəlam Ərəbistanda yaşayan yəhudilərin sələmçiliklə asan qazanc əldə edərək digər insanları açıq zülmə məruz qoyduğunu görürdü. Bundan sonra Allah sələmi qadağan edən ayə nazil etdi. Ancaq orta əsrlərdən Avropada vüsət alan bankçılıq-sələmçilik sonradan müsəlman ölkələrinə də siyarət etdi. Və nəticə göz qabağındadır. Bu gün dünyaya ağalıq edən Rotşildlər, Rokfellerlər, Baruxlar və s. əsasən sələmin hesabına planetin varidatının 80 faizinə nəzarət edərək istədikəri iqtisadi böhran, müharibə, terror, çevriliş və s. ssenarisini həyata keçirirlər...

Liviya lideri M.Qəddafinin o dərəcədə amansızlıqla qətlinin əsas səbəbi də onun dünya sələmçi şəbəkəsinə meydan oxumağa başlayan İslam bankçılığını genişləndirməsi oldu...Moderator.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az