Xarici Xidmət İnstitutu (FSİ) ingilis dilinin daşıyıcısı tərəfindən digər dillərin öyrənilməsinə sərf edilən təxmini vaxt əsasında dillərin siyahısını hazırlayıb.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan dili ingilisdilli auditoriya üçün dünyanın ən çətin dillərindən biri kimi müəyyən edilərək dördüncü kateqoriyaya yerləşdirilib.
Siyahının müəllifləri 61 xalqın dilini öyrənmə müddətindən asılı olaraq beş kateqoriyaya bölüblər.
Tədqiqatlara əsasən, I kateqoriyaya ingilis dilinə yaxın olan 10 dil daxil edilib. Onların öyrənilməsi üçün 23-24 həftə lazımdır. Buraya afrikaans (holland dilində dialekt), norveç, flamand, Danimarka, portuqal, rumın, ispan, isveç, fransız və italyan dilləri daxildir.
II kateqoriyaya təkcə alman dili düşüb - 30 həftə.
III kateqoriyada üç dil var. Ekspertlər hesab edirlər ki, ingilislər 36 həftəyə İndoneziya, malay və suaxili dillərini öyrənə bilərlər.
Dördüncü kateqoriyada Azərbaycan, türk, rus, Ukrayna, serb, fin, gürcü və erməni dilləri daxil olmaqla ümumilikdə 40 dil var. İngilislər bu dilləri öyrənmək üçün 44 həftə sərf edəcəklər.
Və nəhayət ingilislər üçün ən çətin sayılan beşinci kateqoriyada iki çin dialekti, həmçinin ərəb, yapon və koreya dilləri daxil edilib. Bu dilləri öyrənmək istəyənlərə 88 həftə və ya 2200 saat lazım olacaq
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































