Finlandiya universiteinin elmi əməkdaşlarının bir qrupu aparılan tədqiqatların nəticəsində zərif cinsin nümayəndələrinin hansı yaşda daha cəlbedici olduğunu açıqlayıblar.

Bu məsələdə etibarlı informasiyalar almaq üçün mütəxəssislər 12 000 kişi - respondent arasında xüsusi anket sorğular keçirib. Yekunlar açıqlananda məlum olub ki, qızlar kişilər üçün 23 yaşından 28 yaşınadək daha cəlbedici olur. Amma qeyd etmək lazımdır ki, onların ən cəlbedici, hətta ideal vaxtı 24-25 yaşlarında olur.
Ekspertlərin rəyinə görə bu qanunauyğunluq onunla bağlıdır ki, məhz bu yaşlarda qadınlar övlad dünyaya gətirmək istəyir. Bu da kişiləri başdan çıxaran amildir.

Bununla bərabər alimlər başqa faktları da açıqlayıblar. Qadınlar üçün seksual həyatın pik vaxtı 34 yaşında başlayır və güclü cinsin nümayəndələrini də çox vaxt bu amil onlara qarşı xüsusi diqqət yaradır.
Alimlər onu da vurğulayıblar ki, qadınlar bütün yaşlarda gözəldir, yetər ki, sevgilərini əsirgəməsinlər.

Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











