Mediainfo.az moderator.az-a istinadən dünya siyasətində özünəməxsus nüfuz sahibi olan şəxslərin, eləcə də ədəbiyyat məşhurlarının və başqa tanınmışların tarixə həkk olunan hazırcavab sitatlarını təqdim edir:
İngiltərənin baş naziri Uinston Çörçill kürsüdə çıxış edərkən müxalif partiyanın üzvü olan bir qadın onun sözünü kəsir:
- Əgər həyat yoldaşınız olsaydım sizin qəhvənizə zəhər atıb qarışdırardım! Hər zaman hazırcavablığı ilə fərqlənən Çörçill sakit tərzdə cavab verir: - Xanım, əgər həyat yoldaşım siz olsaydınız mən o qəhvəni sevə -sevə içərdim
Bernard Şou ilə Çörçilin qəti arası yox idi. Hər zaman bir-biri ilə tikanlı-tikanlı danışarmışlar. Bir gün Bernard Şou müəllifi olduğu pyes əsasında hazırlanan tamaşaya Çörçili dəvət edir və məktubda belə yazır: "sizə iki nəfərlik yer ayırdıq. Özünüzlə dostunuzu da götürə bilərsiniz. Təbii ki, əgər dostunuz varsa." Çörçil məktubu oxuyan kimi belə cavab yazır: - Həmin gün başqa bir yerə dəvətliyəm. Təəssüf ki, gələ bilməyəcəyəm. Amma tamaşanız ikinci dəfə göstəriləndə mütləq gələrəm. Təbii ki, əgər tamaşanız ikinci dəfə göstərilmək gücündədirsə
Cumhuriyyətin elanından sonra İstanbulda rəsmi mərasim keçirilirdi. Bu zaman xarici ölkələrin bütün səfir və nümayəndələri Atatürkü təbrik etməyə gəlir. Yığıncaq başlayandan Atatürk ingilis səfirin ona hədə ilə baxdığını hiss edir. İş o yerə çatır ki, köməkçisini onun yanına göndərib səbəbini soruşmaq istəyir. Köməkçisi bu cavabla qayıdır:
- Səfir dedi ki, o, Çanaqqala savaşında mənim atamı öldürüb.
Mustafa Kamal cavabında:
- Sən get ondan soruş ki, onun atasının Çanaqqalada nə işi var idi
Tədbirlərin birində bir adam şair Məhmət Akifi aşağılamaq istəyir və ondan soruşur:
-Bağışlayın bəy, siz baytarsınız?
- Bəli baytaram,bir yeriniz ağramır ki?
Napaleon Bonoparta məğlub olan İspaniya kralı qürurunu sındırmayaraq ona bu cür etiraz edir:
- Siz torpaq, qızıl və pul üçün vuruşursunuz. Amma biz namus və qürur üçün savaşırıq.
Napaleon təmkinini pozmadan:
- Düz deyirsən, kimin nəyə ehtiyacı varsa, elə onun uğrunda da vuruşar.
Fateh Sultan Mehmetden soruşurlar:
- İstanbulu niyə fəth etdiniz?
Fateh:
- Çünki əvvəlcə o mənim qəlbimi fəth etmişdi.
Sokratla arvadı bir-birilə yola getmirdilər. Arvadı həddindən çox deyinir, fərsiz saydığı filosofu danlayırdı. Sokrat isə səbirlə ona dözürdü. Bir gün həddindən artıq qəzəblənən arvadı Sokratın bu qədər təhqirlər qarşısında sakit dayandığını, oturduğu yerdən qımıldanmadığını belə görüb hirsindən onun başına bir vedrə su tökür. Sokrat yenə də təmkinini pozmur və deyir: - Bu qədər göy gurultusundan sonra mütləq leysan yağmalı idi.
Böyük alim Qaliley həm də qulaqlarının böyüklüyünə görə seçilirdi. Bir gün müasirlərindən biri ona sataşmaq üçün deyir:
- Cənab Qaliley qulaqların bir insan üçün elə bil bir az böyükdür. Bunun fərqindəsiniz? Qalileyin cavabı: - Doğrudur. Amma sizin qulaqlarınız bir eşşək üçün elə bil bir az kiçikdir. Bəs siz bunun fərqindəsiniz?!
Hokkey üzrə dünya çempionatını izləyən futbol kralı Peleden rusiyalı jurnalistlər soruşurlar:
- Sizcə, Braziliya nə zaman hokkey üzrə dünya çempionu ola biləcək?
Pele dərhal cavab verir:
- Rusiya futbol üzrə dünya çempionu olanda Braziliya da hokkey üzrə dünya çempionu olacaq.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































