140-dan çox ölkədə göstərilən türk serialları 2017-ci ildə Türkiyəyə 350 milyon dollardan çox gəlir gətirib.
Ölkənin serial sektoru yüksək ixracat göstəricilərinə nail olaraq böyük uğura imza atıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, son 10 ildə dünyada maraqla izlənən türk serialları Amerika seriallarından sonra ikinci sırada yerləşib.
Amerikadan Rusiyaya, Balkanlardan Orta Şərqə və Uzaq Şərqdən Latın Amerikaya qədər dünyanın dörd bir tərəfində göstərilən serialların illik ixracat gəliri 350 milyon dollardan çox olub.
Kino Baş İdarəsinin məlumatlarına görə, bu günə qədər ən çox ixrac edilən seriallar arasında "Adını Feriha koydum", "Gümüş", "Fatmagülün suçu nə?", "Ezel" və "Kara Sevda" yer alıb.
Radio və Televiziya Yayımı Peşə Birliyinin (RATEM) rəhbəri Yusif Gürsoy bildirib ki, gələcəkdə bu qazancı daha da yuxarı qaldırmağa çalışacaqlar: "2023-cü ildə hədəfimiz 1 milyard dolları keçməkdir. Dünyanın bütün ölkələrində, Türkiyədə istehsal olunan seriallar, televiziya çəkilişləri heyranlıqla izlənəcək".publika.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“


















































.jpg)

.jpg)

