Tarixboyu türklərin ata yurdu, ana ocağı kimi tanınan Altay yalnız türk dünyasının deyil, həm də dünyanın ən sirrli yerlərindən biri, sivilizasiyalar mənbəyi hesab edilir. Altay özündə çoxsaylı, bu günə kimi açılmayan sirrlər gizlətməkdədir. Bu baxımdan Mediainfo.az saytl olaraq onlardan bəzilərinə diqqəti cəlb etmək istəyirik.
Müəmmalı Turoçak petroqlifləri
Ötən əsrin 70-ci illərində Turoçak qəsəbəsi yaxınlığındakı Biy çayı ətrafındakı qayalıqlarda sığın sürüsünün rəsmləri aşkarlandı. Qayaüstü sığın rəsmlərini araşdıran tədqiqatçı alimlər onun bürünc dövrünə aid olduğunu bəyan etdilər. Amma onun kimlər tərəfindən və nə üçün çəkildiyini aydınlaşdırmaqda alimlər çətinlik çəkdilər. Amma qayaüstü rəsmlərdə diqqəti cəlb edən bir məsələ də ənənəvi Altay petroqliflərindən fərqlənən qırmızı mineral boyadan (oxra) istifadə edilməsidir. Bu boya min illər boyu təbii keyfiyyətini itirmir və yağış, təbii fəlakətlər onları soldura, rənglərini yuya bilmir. Digər bir müəmma isə keçilməz hesab edilən qayaüstündə şəkillərin hansı vasitələrdən istifadə edilərək çəkilməsidir. Bu petroqlifləin hansı məna ifadə etməsi və bununla nəyi anlatması yenə də sirr olaraq qalmaqdadır.
Taturovkalı şahzadə
Bölgədəki sirrli obyektlərdən biri də ötən əsrin 90-cı illərinin əvvəllərində Altaydakı Ukok ( Üç ox, uç ok, uk ok) yaylasında aşkar edilən və "Altay şahzadəsi" adı verilən mumiyadır. Ukok yaylası qədimlərdən yerli əhali arasında müqəddəs yerlərdən biri hesab edilirdi. Əhali arasında qədimlərdən belə bir rəvayət dolaşır ki, bu yerlərdə qazıntı işləri aparılsa, onda Yer üzündə insanlara fəlakət gətirən kataklizmlər baş verəcək. Buna baxmayaraq həmin yerdə qazıntılar aparılarkən yaxşı saxlanılmış və mumiyalanmış "Altay şahzadəsi" aşkar edildi. 2500 il bundan əvvələ aid edilən mumiya alimləri bir çox suallara cavab axtarmağa məcbur edib. "Altay şahzadəsi"nin 25 yaşı olduğu ehtimal edilir, onun bədənində çoxlu sayda müqəddəs heyvan mərasimlərini özündə əks etdirən döymələr- tatuirovkalar aşkar edilib. "Altay şahzadəsi"-nin belində qırmızı kəmər vardı. Qırmızı kəmər qadının döyüşçü olduğunu göstərir. Qadının başındakı baş geyimi isə ölümsüzlük simvolu olan şaman baş geyimidir. Bu da "Altay şahzadəsi"nin ali elitaya məxsus olduğunu sübut edən fakt kimi dəyərləndirilir. "Altay şahzadəsi"nin aşkar edilməsindən sonra yerli şamanlar bildirdşlər ki, bu qadın türklərin anasıdır və onun narahat edilməsi təbii fəlakətlərə gətirib çıxaracaq. Həqiqətən də "Altay şahzadəsi"nin aşkar edilməsindən sonra Altayda və Rusiyanın bölgəyə yaxın ərazilərində bir-birinin ardınca çoxlu sayda təbii fəlakətlər baş verdi. Təbii fəlakətlər uzun müddət bölgəyə rahatlıq vermədi. Bunun aşkar edilən "Altay şahzadəsi" mumşyası ilə əlaqədar olub-olmadığını söyləmək çətindir. Ancaq hər halda niyə məhz təbii fəlakətlər bu mumiyanın aşkar edilməsindən sonra baş verdi? Bu suala isə heç cür cavab vermək tapmaq mümkün deyil. Bir sözlə "Altay şahzadəsi" də özü ətrafında çoxlu sayda müəmmalar gizlətməkdə davam edir.
Ukok-Üç ox yaylasındakı sirrli qeoqliflər
Ukok -Üç ox yaylasında aşkar edilən və Ukok qeoqlifləri (coğrafi rəsmləri) adı verilən rəsmlər də Turoçak petroqlifləri kimi özlərində çoxlu sirrlər gizlədir. Bu rəsmləri yalnız havadan görmək mümkündür. Rəsmlərin yaşını müəyyən etmək olduqca çətindir. Alimlərin fikrincə yayladakı qeoqliflər eramızdan əvvəl lII-II əsrlərə aiddir. Amma dərhal da sual ortaya çıxır: Qeoqliflər əsrlərboyu necə olub ki, olduğu kimi qalıb və hər hansı bir dəyişikliyə uğramayıblar? Çünki, istənilən halda təbii fəlakətlər yayladakı qeoqliflərə təsir etməli, onları sel suları yumalı, izlərini itirməli idi. Amma qeoqliflərə təbi fəlakətlər ümumiyyətlə toxunmayıb, ondan qorxurmuş kimi yan keçiblər. Digər tərəfdən də ancaq təyyarədən seyr edilən və gözlə görülməsi mümkün hesab edillən bu rəsmləri- qeoqlifləri qədim dövrdəki insanlar nəhəng əraziyə necə çəkə bilərdilər? Üstəlik qeoqliflər olduqca dəqiq riyazi hesablamalara əsasən çəkilib və onda milyonda bir faiz belə texniki sapma-səhv yoxdur.
Ona görə də alimlər Altay qeoqliflərini dünyanın 8-ci möcüzəsi hesab edirlər. Ufoloq alimlər isə Altay qeoqliflərini Uçan Naməlum Obyektlərin (UNO) enməsi üçün aerodrom hesab edirlər. Çünki qeoqliflər demək böyük bir ərazini tutmaqdadır və onun insan əli ilə yaradılması hətta sivil inkişaf dövrü olan günümüzdə belə mümkün deyil. Hər halda Ukok qeoqlifləri özlərində çoxlu sayda sirr gizlətməkdə davam edirlər. Qeyd edək ki, qeoqliflərin sirrlərinin açılması üçün alimlər çoxlu sayda araşdırmalara baş vurmuş, onların tədqiqində ən müasir texniki vasitələrdən belə istifadə etmişlər. Ancaq Ukok qeoqliflərinin sirrlərini açmaq mümkün olmur. Yenə də ona görə Ukok qeoqliflərinin yerdənkənar sivilizasiya ilə əlaqədar olduğu ehtimal edilir. Amma doğrudanmı yerdənkənar sivilizasiyalar Altayda enmək üçün özlərinə hava limanı inşa ediblər? Niyə təbii fəlakətlər zamanı bu yaylada digər yerlər üçün ənənəvi olan topraq sürüşmələri baş vermir və ya sel suları onlara yuyub apara bilmir? Bəlkə həqiqətən də Ukok yaylası ufoloq alimlərin dedikləri kimi Uçan Naməlum Obyektlər üçün baza rolunu oynayır? Yenə də bu suallara hələ ki, alimlər cavab tapmaqda acizlik çəkirlər. Beləliklə Ukok yaylasındakı qeoqliflər də öz sirrlərini gizlətmkədə davam edirlər. Bu sirrlərin nə vaxt açılacağı isə hələ ki, heç kimə məlum deyil...
Altay stouxencləri
Altayda açılmamış sirrlərdən biri də burada İngiltərədəki stouxencləri xatırladan iri qaya parçalarının olmasıdır. Belə stouxenclərə Altaylarda darast gəlinib. Çuy çölündə yerləşən 7 metr hündürlüyündəki 5 nəhəng qaya parçasının-stouxenclərin üzərində petroqliflər aşkar edilib. Tarixçilərin fikrincə, petroqlifli bu qaya parçaları, Altay stouxencləri yerli şamanların mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulubmuş. Bu iri qaya parçaları müxtlif yerlərdən gətirilib. Bu qaya parçalarının-stouxenclərin mərkəzi hissəsinə gedən istənilən adam qorxulu hisslər yaşamağa başlayır, özü də istəmədən həyəcana düşür. Bunun səbəbini öyrənmək üçün alimlər müxtəlif texniki vasitələrdən istifadə edərək stouxenclərin ətrafını və onların arasında qalan boş sahədə ölçmə işləri aparmışlar. Aparatların bəziləri ətrafda ciddi heçə nə isə aşkar etməsələr də, mərkəzdə onların əqrəblərinin yerindən tərpənmədiyinin və ya kor-koranə fırlandığının şahidi olublar. Stouxenclərin mərkəzindən çıxandan sonra aparatlar yenidən normal qaydada işləməyə başlayıblar. Amma nə üçün aparatlar da insanlar kimi stouxenclərin mərkəzində özlərini "itirirlər", "çaş-baş" düşürlər? Hələlik bu sullara da cavab tapmaq mümkün olmur.
Əziz Mustafa/ Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































